Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

13 Okt 12:36Siyaset

Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni təyinat

Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni təyinat

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistan Krallığı və Sudan Respublikası üzrə nümayəndəsi təyin edilib.

Respublikaxeber.az xəbər verir ki, Qurumdan Oxu.Az-a verilən məlumata görə, bu ölkələrdə Konfederasiyanı tanınmış iş adamı Ceyhun Xəlilov təmsil edəcək.

C.Xəlilov 20 iyun 1984-cü ildə Bakı şəhərində anadan olub.

2000-2005-ci illərdə Bakı İslam Universitetinin Şərqşünaslıq fakultəsini bitirmiş və 2006-2012-ci illərdə Misirin paytaxtı Qahirədə yerləşən Əl-Əzhər Universitetinin Dilçilik və Tərcümə ixtisasları üzrə təhsil alıb.

Daha sonra, 2014-2018-ci illərdə Misirdə fəaliyyət göstərən EDA universiteti tərəfindən tədris edilən Xarici Ticarət fakültəsini bitirib.

C.Xəlilov əmək fəaliyyətinə 2011-ci ildə “Red Line Shipping” şirkətində başlayıb və hazırda həmin şirkətdə İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir. Bununla yanaşı, “Egypt Azerbaijan Export”; “Bazaar Stone” və “Elite Trading” şirkətlərinin təsisçisi və direktorudur. 2018-ci ildən isə “Global Contracting & Supplies” şirkətinin baş menecer vəzifəsində çalışır.

C.Xəlilov bir çox qonşu ölkələr - Liviya, Livan, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə sıx əməkdaşlıq əlaqələri çərçivəsində fəaliyyət göstərir və bir çox xeyriyyəçilik aksiyalarında fəal iştirak edir, Azərbaycan diasporunun fəal üzvlərindən biridir. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: