Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

11 Okt 11:49Siyaset

"Tələbə hamilə qadınlardan COVID-19 pasportu tələb oluna bilməz" - Deputat

"Tələbə hamilə qadınlardan COVID-19 pasportu tələb oluna bilməz" - Deputat

“Bu gün peyvəndləmə ilə əlaqədar ölkəmizdə gözəl işlər görülür və vaksinasiyanın nə qədər vacib olduğunu bilirik”.

Respublikaxeber.az-ın KONKRET.az-a istinadən xəbərinə görə, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O, bu sahədə olan bir problemə də toxunub:

“Təəssüflər olsun ki, tələbə hamilə qadınlardan COVID-19 pasportu və immun sertifikatı tələb olunur. Bununla əlaqədar bir ana tələbəlikdən könüllü şəkildə imtina edib. Bu vəziyyətdə biz hamilə qadınlardan, uşaq əmizdirən qadınlardan pasport tələb edə bilmərik. Üniversitetlər bunu anlayışla qarşılamalıdırlar, onlardan pasport tələb etməməlidirlər”.

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu çox vacib məsələdir: “Ümid edirəm ki, universitetlər də bu məsələni diqqətdə saxlayacaqlar”.
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: