Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

07 Okt 17:56Siyaset

Əli Həsənov feysbuk profilini BAĞLADI

Əli Həsənov feysbuk profilini BAĞLADI

Son vaxtlara qədər tez-tez feysbukda müxtəlif paylaşımlar edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov artıq sosial şəbəkə hesabını bağlayıb.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, sabiq şöbə müdiri feysbukda ölkə əhəmiyyətli hadisələrə münasibət bildirməklə gündəmdə qalmağa çalışırdı. Hətta bəzən özü barədəki suallara da buradan cavab verərək şəxsinə qarşı ittihamlara da münasibət bildirib. Ancaq Ə. Həsənov feysbukdakı profilini dondurub. Bu səbəbdən də onun sosial şəbəkədə aktivliyi müşahidə olunmur.

Bununla yanaşı, Ə. Həsənovun feysbuk səhifəsi isə açıq olaraq qalıb. Ancaq o, səhifədə sonuncu paylaşımını bu ilin iyul ayında edib.

Qeyd edək ki, Ə.Həsənov 1995-ci ildən 2019-cu ilə kimi Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: