Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

10 May 15:29Siyaset

"Heydər Əliyevin əlindən tutub, dedim ki..." - Fəttah Heydərov Ulu Öndərlə bağlı xatirələrindən DANIŞDI

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.

Sonxeber.az-a istinadən Respublikaxeber.az Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb.

Millət vəkilinin sözlərinə görə, Ulu Öndər müstəqil Azərbaycanımızın əsasını qoyan, həyatında mühüm rol oynayan, əbədiyyətə qədər davam edəcəyini təmin edən bir şəxsdir:

"Bu gün Ulu Öndərin 96-cı ildönümüdür. Bu tarix, bu günkü müstəqil Azərbaycanımızın həyatında mühüm rol oynayan, əsasını qoyan, əbədiyyətə qədər davam edəcəyini təmin edən Ulu Öndər olub. Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda və müxtəlif rayonlarında rəhbər vəzifələrdə işləmək mənə də nəsib olub. Müxtəlif nazirliklərin rəhbəri olmuşam. Heydər Əliyev həqiqətən də bu günkü müstəqilliyimizin əsasını o dövrlərdə qoyub".

Fətta Heydərov Heydər Əliyevlə bağlı əziz və xoş xatirələrinin saysız-hesabsız olduğunu qeyd edib:

"O çox ciddi, mehriban, qayğıkeş rəhbər idi. Heydər Əliyev rəhbər olmasına baxmayaraq, hər zaman səmimi insan olub. Görülən işləri hər zaman yüksək qiymətləndirib. Çox qorxmaz, cəsur, igir bir insan idi. Ən çox yadımda qalan xatirələrdən biri. Demək, o vaxt Naxçıvan blokada şəraitində idi. Heydər Əliyevlə birgə Sədərək kəndinə getdik. Orada gərgin döyüşlər gedirdi. Döyüşlər davam etdiyi vaxtda xalqla görüş keçirib, daha sonra birbaşa sərhədə getmək istədiyini bildirdi. Doğrusu, mən ehtiyat etdim, çəkindim. Sərhədə getmək qorxulu olduğunu söylədim. O, isə "sən getmirsənsə, getmə. Mən gedəcəyəm", -dedi. Bu sözdən sonra getməyə qərar verdim və getdik. Yolüstü müşahidə məntəqəsinə girib vəziyyətlə maraqlandıq. Sərhədin o biri tayında qəbirstanlıq var idi. Erməni əsgərlər məzar daşlarının arxasında gizlənib, silahları bizə tərəf tuşlamışdılar. Mənim qorxu hissim vardı. Bu mənzərəni görüb, Heydər Əliyevin əlindən tutdum və vəziyyəti izah edib tez getməyimizi xahiş etdim. Heydər Əliyev isə, ermənilər tərəfə baxıb dedi ki, "onlar bizə sılah ata bilməzlər. Bizi Allah qoruyur!". İndi hər zaman Naxçıvanda o tərəflərdən keçəndə bu xatirə yadıma düşür". dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: