Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

28 İyl 14:50Siyaset

Fars-molla rejimindən ERMƏNİLƏRƏ DƏSTƏK - Ermənistana etiraz edən onlarla azərbaycanlı həbs olundu, polis işgəncəsinə məruz qaldı

Fars-molla rejimindən ERMƏNİLƏRƏ DƏSTƏK - Ermənistana etiraz edən onlarla azərbaycanlı həbs olundu, polis işgəncəsinə məruz qaldı
İranda Ermənistanın Azərbaycana hücumlarına etiraz edən azı 15 azərbaycanlı həbs olunub. Onlara polis tərəfindən işgəncə verildiyi bildirilir.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqan yardımçısı Elyar Türker Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təcavüzə etiraz ifadə etmək üçün azərbaycanlı fəalların Tehrandakı Ermənistan səfirliyinin qarşısında toplaşıblar. Habelə fəallar Təbrizdəki Azərbaycan konsulluğunun qarşısında və Urmiyədəki Atayi küçəsində dinc aksiya təşkil ediblər. Lakin polis və İnqilab Keşikçiləri Korpusu etirazçılara sərt müdaxilə edib.

Təbrizdəki aksiyada iştirak edənlərdən 5-i həbs olunaraq həbsxanaya salınıb. Urmiyədə də bir nçə fəalın həbs edildiyi bildirilir. Həmit Cabbari adlı aksiya iştirakçısı isə yoxa çıxıb, onun haraya aparıldığı məlum deyil.

“İran hər il ermənilərə saxta soyqırımı anmaq üçün Tehran və daha bir neçə şəhərdə aksiya keçirməyə icazə verir. Onları qorumaq üçün polis ayırır. Ancaq Ermənistan Azərbaycan torpaqlarına hücum edəndə İran rejimi Ermənistana etraz edən azərbaycanlı fəalları həbs edir və onlara işgəncə verir”,-Elyar Türker deyib.

O bildirib ki, son aksiyalarda İran polisi 20-dən çox azərbaycanlını həbs edib və onlara işgəncə verib. “Necə olur ki, özünü müsəlman ölkəsi sayan İranda polis ermənilərin təhlükəsizliyini təmin edir, amma müsəlman Azərbaycana dəstək verən gəncləri həbs edir?”,-Türker sual edib.

Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: