Yeni XəbərLər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib?
01.02
Tələbə adı qazananların NƏZƏRİNƏ
01.09
İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb…
01.09
SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ
31.08
Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi
31.08
Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb
31.08
Arxiv
Sorğu
Оцените работу движка
27 Sen 18:58Siyaset
Nazirlər Kabinetinin məntiqsiz qərarları - AÇIQLAMA
Azərbaycanda koronavirus infeksiyasını cilovlamaq üçün xüsusi karantin rejimi hökm sürür, həmçinin vaksinasiya gedir, iki doza vaksin vurduran şəxslərə peyvənd sertifikatı (koronavirus pasportu) verilir.
Nazirlər Kabinetinin qərarına görə, yaşı 18-dən yuxarı şəxslər idman və sağlamlıq-bərpa obyektlərinə, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, şənlik mərasimlərinə koronavirus pasportu əsasında daxil ola, ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilərlər.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli kafe və restoranlarda tələb olunan koronavirus pasportu məsələsinin çox absurd və məntiqsiz tərəfləri olduğunu yazır: “Sentyabrın 25-də Quba-Xaçmaz bölgəsində görüşdən qayıdarkən nahar etmək üçün bir restoranda dayandıq. Üç nəfər idik, birində koronavirus pasportu yox idi. Restoran işçisi dedi ki, kabinetdə oturmaq olmaz, ancaq açıq havada mümkündür. Hava da soyuq idi.
İşçidə günah yoxdur, Nazirlər Kabinetinin təməlində məntiq olmayan qərarıdır. Hər bir qərarın öz məntiqi olmalıdır, kafe və restoranlarda ümumi istifadə üçün olan zallarda koronavirus pasportu istəyə bilərsiniz, amma neçə saat eyni maşında yol gələn və ayrıca, heç bir kənar şəxsin olmadığı kabinetdə oturmağı qadağan etmək hansı məntiqin, hansı beynin məhsuludur?
Məsələn, eyni ailədən olanların tək birində koronavirus pasportu yoxdursa, onlar niyə kabinetdə yemək yeyə bilməzlər? Ümumi zala buraxma, toya buraxma, çox sayda insanın olduğu məkana buraxma, amma eyni maşında gələn və ya eyni ailədə yaşayanları ayrıca kabinetə niyə buraxmırsınız? Bunun izahı nədir? Bunun virusla mübarizəyə nə dəxli var? Nədən onsuz da zülm çəkən xidmət sektorunu çökdürürsünüz? Bakıda və regionlarda ayrıca kabinetləri olan minlərlə restoran, kafe var, onlar müştərilərdən niyə məhrum olmalıdır?”
Yorum ekle
Xəbərlər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib? 09:22Tələbə adı qazananların NƏZƏRİNƏ 05:39İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb… 04:27SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ 09:31Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi 07:08Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb 05:14Sumqayıt və Abşeronun bir hissəsində su kəsiləcək 06:15Bakıda avtomobil yolu keçmək istəyən piyadaları vurdu, ölənlər var 06:02
Istifadəçi Girişi
Populyar Xəbərlər