Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 Yan 21:10Siyaset, Olke, Sou-biznes

“İstanbul” oteli, yoxsa əxlaqsız yuvası?

“İstanbul” oteli, yoxsa əxlaqsız yuvası?
Paytaxtın bir çox yerində, əsasən də mərkəzi küçələrdə “otel” adı altında əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Bununla bağlı istər televiziyalarda, istərsə də internet mediada dəfələrlə məlumat verilib. Lakin heç bir xəbər ya da məlumat “otel”lərin işinə mane olmayıb. Əksinə, bu cür otellərin sayı hər gün daha da çoxalır. Əldə etdiyimiz məlumata görə, artıq əxlaqsızlıq yuvaları, yəni “otellərin” açanların sayı artıb.
Ən təəssüfedici məqam isə odur ki, bu cür obyektlər şəhərin mərkəz küçələrində, özü də yaşayış evlərinin yaxınlığında yerləşir.
Təəssüflə qeyd etmək istəyirəm ki, 18 yaşdan aşağı uşaqlar da bu bataqlığa sürüklənirlər”.
Elə ərazidə olduğumuz müddətdə kifayət qədər azyaşlı uşağın otellərə girdiyinin şahidi olduq.
“İstanbul oteli” kimi fəaliyyət göstərən əxlaqsızlıq yuvalarındakı əsl mənzərəni çəkib göstərmək təhlükəli olduğu üçün içəridən çəkiliş apara bilmədik.
Əgər əvvəllər bu cür otellər şəhərin mərkəzində fəaliyyət göstərirdilərsə, bu gün artıq ətraf yerlərə də yayılıb. Məsələn, belə əxlaqsızlıq yuvalarından biri Bakı şəhəri Binəqədi rayonu Rəsulxadə qəsəbəsi, Azadlıq prospektində “Banuçiçək” restoranının yaxınlığında yerləşən “İstanbul” oteli insanların gur olduğu yerdə açılıb. Özü də yaşayış ərazisində, birbaşa yola baxan bu məkana hər gün onlarla insan girib-çıxır. Ən çox da cavanlar. Bəlkə də heç yaşı 18-ə çatmayan uşaqlar.
Həmin yerdə yaşayan sakinlərdən öyrəndik ki, bura açıq fahişəxanadır. Və heç kim qorxusundan şikayət edə bilmir. Çünki obyektin sahibinin güclü əlaqələri var imiş.
Sakinlərin dediyinə görə gecə yarısınadək səsdən yatmaq olmur, küçə söyüşləri söyən, dava-dalaş daha bizi təngə gətirib. Vətəndaşların dediyi kimi, vəziyyət çox acınacaqlıdır. “Otel”ləri, yəni əxlaqsızlıq yuvaları, barlar hər gün göbələk kimi artmaqda davam edir. Hələ ki, dövlət səviyyəsində bu problemi həll edən heç bir qurum yoxdur. Vətəndaşların dediyi kimi, çox yaxşı olardı ki, bu cür obyektlərin bina altında fəaliyyətinə qadağa qoyulsun.
Bu barədə aidiyyatı orqanlara müraciət edərək bildiririk ki, insan alverinə son qoyulsun, yeniyetmələrimizin əxlağını pozmasınlar, gələcək nəsil sağlam böyüməlidir ki, sağlam ruhda dövlətimizi, millətimizin qeydinə qala bilsinlər.

Baş direktor: Ruslan Həsənov[/b]
“İstanbul” oteli, yoxsa əxlaqsız yuvası?
“İstanbul” oteli, yoxsa əxlaqsız yuvası?
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: