Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

18 İyn 10:16Siyaset, Olke, Idman

117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputat Aqiyə Naxçıvanlı Respublika Fənn olimpiadalarının final mərhələsinin qaliblərini təbrik etdi - FOTOLAR

117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputat Aqiyə Naxçıvanlı Respublika Fənn olimpiadalarının final mərhələsinin qaliblərini təbrik etdi - FOTOLAR
17 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, xanım Aqiyə Naxçıvanlı ilə 2020-ci ildə Respublika fənn olimpiadalarının final mərhələsinin qalibləri olmuş Oğuz məktəbliləri və onların müəllimləri ilə video görüş keçirilmişdir.

Görüşü açan millət vəkili müəllim və məktəbliləri salamlamış, onların bu görüşə səbəb olan uğurlarından çox sevindiyini bildirmişdir. Qlobal xarakter almış pandemiya ilə bağlı ölkəmizin təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırıldığı ilk gündən Oğuz Rayon Təhsil Şöbəsinin Təhsil Nazirliyinin təşəbbüsünə qoşularaq rayonda distant təhsilin təşkili sahəsində müəyyən tədbirlərin həyata keçməsini yüksək qiymətləndirmişdir. Deputat xüsusilə vurğuladı ki, dövlət başçısı cənab İlham Əliyevin diqqətdə saxladığı prioritet məsələlərdən biri də təhsil sahəsidir. Gözlənilmədən yaranan pandemiya dövründə dövlətimiz gənclərimizin təhsildən geri qalmamaları üçün bütün vacib tədbirləri gördü. Eyni zamanda, Aqiyə naxçıvanlı qeyd etdi ki, karantin dövründə istedadlı şagirdlərlə iş aparılaraq fənn olimpiadalarına hazırlıq məsələlərinin diqqət mərkəzində saxlanılması və respublika əhəmiyyətli nəticələrin əldə edilməsində Oğuz müəllimlərinin böyük rolunun olduğunu da qeyd etmişdir.

Video görüşdə çıxış edən Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov son illər Oğuz rayonunda istedadlı uşaqlarla iş sahəsində əldə edilmiş uğurlardan söz açmış, son üç il ərzində rayonda fənn olimpiadalarına marağın və kütləviliyin artmasını xüsusi olaraq qeyd etmişdir. Respublika fənn olimpiadalarının finalında Oğuz rayonundan iştirak etmiş 7 nəfərin hər birinin rayonumuzu layiqincə təmsil edərək yüz faizli nəticə göstərməsindən danışmışdır.

Tarix fənni üzrə Oğuz şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Cahan Ənsərlinin qızıl medal, Qumlaq kənd tam orta məktəbinin şagirdi Tofiq Lətiflovun gümüş medal, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Aysel Mövsümzadənin və Dəymədərə kənd tam orta məktəbinin şagirdi Rəşid Vəliyevin bürünc medal, coğrafiya fənni üzrə Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin şagirdləri: Ziya Rəsulzadənin qızıl medal, Rufanə Mikayıllının gümüş medal, Alsu Siyahlının bürünc medal qazanması Oğuz təhsilinin ən ciddi uğurlarından biri kimi qiymətləndirilməlidir. Anar müəllim əldə edilən bu uğurların Azərbaycan dövlətinin təhsilin inkişafina yüksək diqqət və qayğısının nəticəsi oldyuğunu bildirmiş, ölkə başçısı cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əiyevaya, Respublika Təhsil Nazirliyinə, Oğuzlu gənclərin uğurlarını hər il diqqətlə izləyən millət vəkili Aqiyə Naxçıvanlıya rayonun pedaqoji ictimaiyyəti və öz adından minnətdarlıq etmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, xanım Aqiyə Naxçıvanlı çətin və şərəfli bilik yarışında yüksək nəticə əldə edən qalibləri, onların müəllimlərini və valideynlərini, Oğuz rayonunun təhsil işçilərini təbrik etmiş, şagirdlərə qarşıdakı buraxılış və ali məktəblərə qəbul imtahanlarında daha yüksək nailiyyətlərə imza atmağı arzulamışdır.

Videogörüşdə çıxış edən məktəblilər hər il Oğuz məktəbliləri ilə görüşə gələn, onların uğurlarını diqqətlə izləyən deputat Aqiyə Naxçıvanlıya dərin təşəkkürlərini çatdırmışlar. Onlar gələcəkdə də daha ciddi sınaqlarda Oğuz rayonunu layiqincə təmsil etməyə çalışacaqlarını bildirmişlər.




dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi