Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 Yan 21:10Siyaset, Olke, Cemiyyet

Mehribanlıq və Xeyirxahlıq ünvanı

Mehribanlıq və Xeyirxahlıq ünvanı





















Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra ölkədə aparılan quruculuq-abadlıq işləri, islahatlar ölkənin ümumi mənzərəsində, sosial həyatında qısa bir zamanda uğurlu nəticələrin əldə olunmasına gətirib çıxardı. Azərbaycanın dünyaya inteqrasiya olunması, dünyanın bir çox aparıcı dövlətləri səviyyəsində inkişafı görülən işlərin məntiqi nəticəsidir.

Qeyri-hökumət təşkilatı olaraq fəaliyyətə başlayan Heydər Əliyev Fondu da, bu baxımdan ölkənin ictimai-mədəni-sosial həyatında çox önəmli olan layihələri həyata keçirməklə, ölkə həyatında əks-səda doğuran hadisələrə imza atdı. Səhiyyə, təhsil, mədəniyyət və bir çox sosial-humanitar sahələrdəki fəaliyyəti, birmənalı olaraq, Azərbaycanın inkişafına, insanların rifah halının yüksəlməsinə birbaşa olaraq təsirini göstərdi. Sağlam cəmiyyətin inkişafı, fiziki sağlamlığa malik olan qüvvələrin mövcudluğu əsas amillərdən biridir. Bu baxımdan, tibb müəssisələrinin yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchizat, əqli-fiziki cəhətdən qüsurlu olan şəxslərə maddi-mənəvi dəstək humanizmin əsasıdır. Bu Fondun fəaliyyət strukturunun əsasında duran bir vəzifə kimi ardıcıl olaraq həyata keçirilir. Heydər Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gerçəkləşdirdiyi layihələr, 5 il müddətində öz bəhrəsini vermiş və bu proses davam etməkdədir. Heydər Əliyev Fondunda bir-birinin ardınca keçirilən tədbirlər, görüşlər, simpozium və konfransların hər biri əhalinin sağlam həyatının təminatı məqsədilə reallaşır.
Mehribanlıq və Xeyirxahlıq ünvanı

Dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edən Fondun iştirakı ilə ölkəmizə gətirilən tibbi avadanlıqlar müasir üsulla müalicə metodların tətbiqinə yol açdı. Almaniyanın tanınmış “Fresenius Medikal Care” və “Karl Storz” şirkətləri ilə əməkdaşlığın nəticəsi olaraq dünyamiqyaslı şirkət tərəfindən Azərbaycana tibb avadanlıqları hədiyyə etdi. Belə ki, humanitar yardım dünyada müasir tibb avadanlığı kimi sayılan 2 ədəd autogemotransfuziya aparatından və 4 ədəd dərman preparatlarının dəqiq doza ilə ötürülməsini təmin edən aparatdan ibarətdir. 130 min avro dəyərində olan bu aparatlar, müasir cərrahiyyə sahəsində yeni texnologiyanın tətbiqi baxımından yüksək qiymətləndirilir. Analoqu olmayan autogemotransfuziya aparatının başlıca funksiyası xəstənin əməliyyat zamanı itirilən qanının yenidən ona qaytarılmasını təmin etməkdir. Donor qanına ehtiyacı aradan qaldıran aparat, həm də əməliyyat zamanı böyük qan itkisinin qarşısını alır.

Ölkəmiz üçün çox gərəkli olan tibb avadanlığının təmənnasız olaraq Fonda verilməsi, Azərbaycanın birinci xanımının dəyərli fəaliyyətinin nəticəsidir. “Fresenius Medikal Care” şirkəti ilə 2006-cı ildən başlanan əməkdaşlıq çərçivəsində şirkət Heydər Əliyev Fonduna 200 min avro dəyərində 10 ədəd hemodializ aparatı hədiyyə etmişdir ki, Fond da bu aparatları Azərbaycanın Səhiyyə Nazirliyinə bağışlamışdır. Fond ilə əməkdaşlığın nəticəsində dünya markalı şirkətlərin yeni cərrahiyyə texnologiyaları Azərbaycana gətirilərək tibb sahəsində tədqiqatlar aparılır və xəstələrin müalicəsi dəqiq və təhlükəsiz olaraq həyata keçirilir. Bildiyimiz kimi, yeni cərrahiyyə texnologiyaları ilə tanınan “Karl Storz” şirkətinin Heydər Əliyev Fonduna bağışladığı 103 min avro dəyərində müasir endoskopik uroloji avadanlıq və aparatlar isə, müalicə metodlarını yüksəltməyə və dünya standartları səviyyəsində aparmağa imkan verir. Bu avadanlıqlar sidik kisəsinin müxtəlif xəstəliklərində, kəskin və xroniki böyrək çatışmazlığında diaqnostika imkanlarını genişləndirməyə və uroloji xəstələrin radikal müalicəsində əvəzsiz rol oynayır. Mehriban xanım xarici şirkətlərin Fonda bağışladığı tibb avadanlıqların hər birini rəsmi olaraq Səhiyyə Nazirliyinə təqdim edir.

Müasir avadanlıqlarla təchizatla yanaşı, yeni tibb müəssisələrinin istifadəyə verilməsi də Fondun qısa bir zamanda gerçəkləşdirdiyi layihələr sırasındadır. Azərbaycanın bir sıra rayonlarında, paytaxtımızda, eyni zamanda, Bakıətrafı kəndlərdə yeni tibb ocaqlarının istifadəyə verilməsi, səhiyyənin müasir standartlara cavab verən bir şəkildə inkişafında uğurlu addımlardır. Yaxın bir zamanda istifadəyə verilən tibb müəssisələrindən olan Şüvəlan qəsəbəsində 31 saylı Birləşmiş şəhər xəstəxanası, ötən əsrin 50-ci illərində əsası qoyulmuş bu bina tamamilə yararsız vəziyyətə düşmüş, 2005-ci ilin noyabrından əsaslı təmirə dayandırılmışdı. Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tamamilə yenidən qurulmuşdur. Ginekologiya, rentgen şöbələri yaradılmış, yeni qazanxana, camaşırxana, həkim otaqları, mətbəx tikilmiş, istilik sistemi tamamilə yenidən qurulmuşdur. Xəstəxana Şüvəlanın beş mindən çox əhalisinə və qəsəbədə müvəqqəti məskunlaşmış 1535 məcburi köçkünə xidmət göstərir. Xəstəxanada Amerika istehsalı olan rentgen, ultrasəs müalicəsi aparatları və s. ən müasir avadanlıq quraşdırılıb. Müasir avadanlıq həkimlərin işini yüngülləşdirib.

İndi Azərbaycanın müxtəlif yerlərində tələblərə cavab verən xəstəxanalar tikilir. Bildiyimiz kimi, Bakının qəsəbələrinin inkişafına dair xüsusi proqram qəbul olunmuşdur. Yeni xəstəxanaların, poliklinikaların tikintisi, köhnələrin bərpası və ən yüksək səviyyəyə çatdırılması bu proqramın tərkib hissəsidir. Şüvəlanda istifadəyə verilən xəstəxana da həmin proqram çərçivəsində görülən işlərdən biridir. Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzinin açılışı da Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr əsasında həllini tapmışdır. 30 il əvvəl tikilmiş bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə tamamilə yenidən qurularaq, müasir avadanlıqla təchiz edilmiş kompleksə çevrilmişdir. Avropadan gətirilən ən müasir avadanlıqla təchiz edilmiş mərkəzdə bütün müvafiq müalicə kabinetləri, terapiya və doğum şöbələri, laboratoriya fəaliyyət göstərir.

İnsanların sağlamlığı ən başlıca məqsəddir, vəzifədir. İndi Zirə Avropanın ən qabaqcıl şəhəri ilə müqayisə oluna biləcək dərəcədədir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan, Onun ideyalarının həyata keçirilməsini özünün əsas vəzifəsi hesab edən Fondun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” proqramları çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər də xüsusilə önəmlidir. Qurum beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaradır, ölkəmizdə əhalinin sağlamlığı naminə onların imkanlarından da istifadə edir. Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksəkkeyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan Novo-Nordisk şirkəti ilə birgə layihənin icrasına başlanandan bəri, Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 310 nəfər uşağın insulinlə təminatında əvvəllər mövcud olan problemlər aradan qaldırılmışdır. Həmin uşaqlara müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlər verilir.

“Diabetli uşaqlara ən yüksək qayğı” bu xeyirxah layihənin icrasına başlanandan sonra ictimaiyyətin, müvafiq dövlət qurumlarının, milli və xarici şirkətlərin, Beynəlxalq Diabet Federasiyasının Azərbaycanın diabetli uşaqlarının problemlərinin həllinə diqqəti xeyli artmışdır. Azərbaycan “Diabet haqqında” qanun qəbul edən ilk MDB ölkələrindən biridir. Bu qanun MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçirilən iclasında analoji sənəd qəbul edilərkən model qanun layihəsi kimi götürülmüşdür.
Mehribanlıq və Xeyirxahlıq ünvanı
Fond tərəfindən ölkədə talassemiyanın qarşısının alınmasına yönəlmiş layihə də diqqətəlayiqdir. Layihənin hazırlanmasında məqsəd respublikanın rayonlarında xəstəliyin yayılmasının qarşısını almaqdır. Ona görə də, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə talassemiyalı xəstələrin sayı, vəziyyəti, müalicə imkanları barədə müvafiq informasiya toplandıqdan sonra, Beynəlxalq Talassemiya Federasiyası ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Layihədə bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə də diqqət yetirilir. Talassemiya xəstəliyi ölkəmiz üçün çətin problemlərdən biridir. Azərbaycanda talassemiya haqqında ilk məlumatlar keçən əsrin 50-ci illərindən sonra alınmışdır. Azərbaycanın bir sıra rayonlarında talassemiya geninin yayılma tezliyi dünya üzrə rekord göstəriciyə çatır. Talassemiya daşıyıcılarının əhalinin sayına görə orta nisbəti 8 faizə bərabərdir. Hər il 200-ə qədər böyük BETA-talassemiya xəstə uşaq anadan olur.

Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndərimizin Vətən, xalq üçün göstərdiyi xidmətləri, onun ümumbəşəri ideyalarını, zəngin irsini təbliğ etmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaqdır. Fondun çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri - cəmiyyətimizdə yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğıdır. Bu, ilk növbədə, qaçqın və məcburi köçkün ailələri, uşaq evləri, internat məktəblərində tərbiyə alan uşaqlar və əlbəttə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlardır. Fond bu və digər istiqamətdə qısa zamanda bir neçə böyük layihə hazırlayıb həyata keçirmişdir.

Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsü bütün ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. İstiqamətini birmənalı olaraq bir məqsədə doğru quran Fondun çox qısa bir zamanda həyata keçirdiyi layihələr, onilliklərdə görüləcək işlərə bərabərdir.

Elnarə Rzayeva
həkim-kosmetoloq
dle
The film is adapted in 1998 a comic cheap air max shoes second-Marvel, provides a new face to the vampire movies, White Nike Air Max Air Max White And Black | ZOLL Medical .. While Sherlock Holmes has recently appeared in cheap air max 1 the modern London or Jekyll and Hyde had suffered the same fate some years before NBC decides not to bring back Vlad in our time but in Victorian.

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: