Yeni XəbərLər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib?
01.02
Tələbə adı qazananların NƏZƏRİNƏ
01.09
İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb…
01.09
SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ
31.08
Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi
31.08
Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb
31.08
Arxiv
Sorğu
Оцените работу движка
Milli Məcisin Elm və təhsil komitəsinin üzvü, professor Aqiyə Naxçıvanlının açıqlaması
Azərbaycan Respublikasının Qanununlarına və cənab Prezidentin fərman və sərəncamlarına uyğun olaraq ölkəmizdə aparılan siyasət ailələrin sosial təminatının yaxşılaşdırlmasına yönəlmişdir. Azərbaycan Respublikasının İpoteka və kredit Zəmanət Fondunun yaradılması, gənc ailələrə güzəştli ipoteka kreditinin, ailələrə güəştli sosial mənzillərin verilməsi də dövlətimizin əhaliyə verdiyi sosial dəstəyin bariz nümunələrindəndir. İpoteka və Kredit zəmanət Fondu Qafqaz regionunda ilk ipoteka bazarı fondu olmaqla yanaşı, MDB və digər ölkələrlə müqayisədə vətəndaş üçün ən əlverişli ipoteka kreditlərini tətbiq edir.
Belə ki, Fondun ipoteka üzrə minimal faiz dərəcəsi 3,7 %-dən başlayır, orta faiz dərəcəsi isə 6,4% təşkil edir. Müqayisə üçün, Rusiyada minimal faiz dərəcəsi 6,1%, orta faiz 8,9% təşkil edir, Qazaxstanda isə faiz dərəcələri 13%-dən başlayır. Fəaliyyət göstərdiyi dövr ərzində Fondun vəsaiti 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olmuşdur. Hətta 2018-ci ildən etibarən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin təxminən 70%-nin satışı Fondun xətti ilə güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilmiş və vətəndaşlara daha operativ, səmərəli və şəffaf xidmət göstərilməsini təmin etmək üçün sənədlərin qəbulu ASAN Xidmət Mərkəzlərinə verilmişdir. Bütün bunlar görülən uğurlu işlərdir. Ancaq yaxşı olardı ki, Güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin çoxuşaqlı ailələrə də şamil olunsun. Digər bir tərəfdən fikrimcə, cənab Prezidentin müvafiq sərəncamı ilə inşa olunan yeni sosial evlərə güzəştli ipoteka kreditlərinin verilməsini gənc həkim və müəllimlərə də şamil olunması nəzərə alınmalıdır. Əgər belə olarsa həmin kateqoriyadan olan gənc ailələrin sosial yaşayışı üçün əhəmiyyətli olar həm də gəncləri bu peşələrə həvəsləndirər. Bu məsələni Milli Məclin iclaslarında dəfələrlə qaldırmışam. Yaxşı olar ki, yaxın gələcəkdə bu məsələ müvafiq qanunvericilik aktlarında da öz əksini tapsın.
Yorum ekle
Xəbərlər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib? 09:22Tələbə adı qazananların NƏZƏRİNƏ 05:39İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb… 04:27SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ 09:31Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi 07:08Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb 05:14Sumqayıt və Abşeronun bir hissəsində su kəsiləcək 06:15Bakıda avtomobil yolu keçmək istəyən piyadaları vurdu, ölənlər var 06:02
Istifadəçi Girişi
Populyar Xəbərlər