Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

04 İyn 13:18Siyaset

Respublika Xəbər.az İXP-nın Rəhbərinin Nəsimi Rayon Sakinləri ilə Görüşü

Respublikaxəbər.az İnformasiya-Xəbər Portalının baş redaktoru Elyaz Gülüyev Covid-19 Koronavirus panidemiyası ilə əlaqədar olaraq ölkədə və eləcə də Nəsimi rayonunda keçirilmiş qabaqlayıcı tədbirlərə görə Nəsimi rayon ziaylıları ilə görüş keçirib. Görüşdə rayon sakini ziyalılar, ölkə başçısı cənab İlham Əliyevə, Respublikanın birinci xanımı Mehriban Əliyevaya və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərova hər bir sahədə fəal işlərinə görə təşəkkürlərini bildiriblər. Görüşdə iştirak edən Nəsimi rayon sakinləri, (AR-Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitunun şöbə müdiri, professor –elmlər doktoru) İmamverdi Həmidov , (Bakı Slavyan Universitetinin Prorektoru) Xanım Sultanova, (Əməkdar İncəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru) Nailə Mirməmmədli və Seyyid Hacı Mirrəhman gözəl çıxışları ilə ifadələrini bildirdilər. Covid-19 Koronavirus Panidemiyası ilə bağlı bütün ölkədə hər bir sahədə mariflənmə işlərinin aparılması və dövlətimiz, dövlət qulluqçularımız tərəfindən və eləcə də xeyirxah iş adamları tərəfindən maddi və mənəvi yardımların edilməsini qeyd edərək xeyirxah iş adamlarına da öz sıralarında təşəkkürlərini unutmadılar. Sonda digər ölkələrdən fərqli olaraq bizim ölkəmizdə koronavirus qurbanının az olmasına (korona virus xəstəliyi səbəbindən dünyasını dəyişənlərin sayının) görə Allaha şükür edərək şəxsən dövlətimizin başçısına minnətdarlıq bildiriblər.
Biz də öz sıramızda Respublikaxəbər.az İXP-ı olaraq Nəsimi rayon sakinlərinin təşəkkürünə qoşularaq Ölkə başçımız cənab İlham Əliyevə, Respublikanın birinci xanımı Mehriban Əliyevaya və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərova və eləcə də bu sahədə Azərbaycan xalqına dəstək duran hər bir insana təşəkkürümüzü bildiririk.
Əlavə olaraq Azərbaycan xalqından, xahiş edirik ki, Ölkə Preidentinin göstərişlərinə uyğun olaraq Nazirlər kabineti yanında yaradılmış Operativ Qərargahın verdiyi tapşırıqlara riayət edək.
Yəni karantin qaydalarına ciddi əməl edək.

Elyaz Gülüyev. 051-831 01 01.
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: