Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

28 May 11:00Siyaset, Olke, Iqtisadiyyat

“Yayda da işləməsək, payızda ciddi ərzaq qıtlığı ilə üzləşərik” – Milli Məclisin komitə sədri

“Yayda da işləməsək, payızda ciddi ərzaq qıtlığı ilə üzləşərik” – Milli Məclisin komitə sədri
Koronavirus pandemiyasına görə fəaliyyəti dayandırılan ticarət, xidmət sahələrində çalışan sahibkarlara, muzdlu işçilərə bir dəfə kompensasiya ödənib. Sahibkarlar ötən il ödədikləri vergilərin həcmi qədər (5 min manatdan çox olmamaq şərti ilə), muzdlu işçilər isə orta aylıq əmək haqqı nəzərə alınmaqla əməkhaqqının bir qismini dövlətdən alıblar.

May ayında bəzi xidmət sahələri açılsa da dövriyyə məlum səbəblərdən bərpa olunmayıb. Ticarət, xidmət sektorunun böyük bir qismi isə Operativ Qərargahın qərarını gözləyir. Beləliklə qeyri-neft sektorunun 300 min nəfəri əhatə edən əhəmiyyətli bir hissəsində çalışanlar üçün çətin vəziyyət yaranıb.

Yaranmış vəziyyət nəzərə alnıraq bu sektorda çalışanlara 190 manat ödənilə bilərmi? Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev jurnalistlərə bildirib ki, hökumət tərəfindən bu addım atıla bilməz və atılmasına da ehtiyac yoxdur: “Çünki insanları yavaş-yavaş əməyə istiqamətləndirməliyik. İnsanlarımız işləməlidirlər və eyni zamanda iqtisadiyyatımız davam etməlidir. Çünki koronavirusun nə qədər davam edəcəyini hələ bilmirik. Bəlkə də biz bu virusla uzun müddət yaşayacağıq. Ona görə də həyatımızı evə qapatmalı deyilik.

Karantin rejiminin əks-epidemik tədbirlərinə riayət etməklə yavaş-yavaş fəal həyata qayıtmalıyıq. Dünyanın bir çox ölkələrində artıq fəal həyata qayıdırlar. İnsanlar da öz əməkləri ilə məşğul olmalı, iqtisadiyyatımıza kömək etməli və özlərinin sosial həyatını yaxşılaşdırmaq barədə düşünməlidirlər".

Komitə sədri vurğulayıb ki, bu yayı da işləməsək payızda, qışda daha ciddi ərzaq qıtlığı ilə üzləşə bilərik. "Bunlar hamısı nəzərə alınmalıdır. Şübhəsiz ki, təcrid rejimindən çıxıb artıq sosial məsafə rejiminə keçməliyik. Sosial məsafəni qorumaq və qoruyucu vasitələrdən istifadə etməklə həyatımızı davam etdirməliyik. Artıq bütün dünya olaraq yeni bir yaşam tərzinə keçmişik. Bu yaşam tərzinin şərtlərinə uyğun həyatımızı davam etdirməliyik”, - deyə Musa Quliyev vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov isə bildirib ki, bu barədə hökumətin qərarı yoxdur. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: