Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

31 Avq 16:12Siyaset

Geyim satan şirkət indi də asfalt çəkir – Xətaidə müəmmalı tender

Geyim satan şirkət indi də asfalt çəkir – Xətaidə müəmmalı tender

Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yollarda asfalt örtüyünün təmiri işlərinin satın alınması üzrə elan etdiyi müsabiqənin qalibini açıqlayıb.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Koneks Consturction” MMC-dir. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 390 006.97 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur.

Açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur. Xətai rayon MKTB iyun ayında da “Koneks Constructions” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 80 499.6 AZN olan müqavilədə yumşaq inventar və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur. Beləliklə, aydın olur ki, MKTB-yə yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də asfalt çəkirmiş.

“Koneks Constructions” MMC-nin dövlət satınalmalarında iştirakı ilə bağlı apardığımız araşdırmalar zamanı məlum olub ki, şirkət 25 fevral 2021-ci il tarixdə Bakı Dövlət Universiteti ilə 172 601.81 AZN, martın 12-də 155 257.04 AZN, may ayında isə Nəsimi rayon MKTB ilə 202 379. 50 AZN dəyərində satınalma müqaviləsi imzalayıb. Mediada gedən məlumatlara görə, həmin vaxt şirkətin 904 AZN vergi borcu olub. “Dövlət Satınalmaları haqqında” qanun isə vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Yeri gəlmişkən, “Koneks Construction” MMC-nin bu günə olan vergi borcu 9.36 AZN-dir.

Şirkətlə bağlı müəmmalardan biri də onun yaranma tarixi ilə bağlıdır. Açıq mənbələrdə qeyd edilir ki, “Koneks Construction” MMC 2016-cı ildən tikinti sektorunda fəaliyyət göstərir. Lakin yuxarıda qeyd etdiyimiz kimi Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin 2019-cu ildə yarandığı qeyd edilib. 2019-cu ildə yaradılan “Koneks Construction” MMC-nin 3 il əvvəl necə fəaliyyət göstərib? Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var. Bu baxımdan, yuxarıdakı sualın cavab tapmaq mümkün olmadı. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: