Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

04 May 19:00Siyaset, Olke

Qoşulmama Hərəkatının Zirvə görüşü – Azərbaycan bütün dünyanı qlobal həmrəyliyə dəvət edir

Qoşulmama Hərəkatının Zirvə görüşü – Azərbaycan bütün dünyanı qlobal həmrəyliyə dəvət edir
Prezident İlham Əliyev: “Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik”

Bu gün Azərbaycan qlobal pandemiya elan olunmuş koronavirus (COVİD-19) infeksiyası ilə beynəlxalq səviyyədə aparılan mübarizənin həqiqətən də ön sıralarında yer almışdır. Bildiyiniz kimi, hələ aprelin ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi və Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmiş ilk beynəlxalq təşkilat oldu. Bu gün isə yenədə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Bilirsiniz ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə sədrlik Azərbaycana verilib və 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi məhz bizim ölkə edəcək.

Heç şübhəsiz dövlət başçımızın təşəbbüsü ilə keçirilmiş hər iki tədbir – Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə və eyni zamanda da Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi istiqamətində atılmış önəmli bir addım oldu.

İlk növbədə əlbəttə ki, hər bir azərbaycanlının qəlbini qürurla doldurmuş belə bir məqama diqqət yetirmək laımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev bu mötəbər tədbirdəki çıxışında da ilk növbədə “Bandunq prinsipləri”ndə yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı qaydalarını xatırladaraq, bir daha erməni təcavüzkarlığı məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu.

Lakin əlbəttə ki, bu Zirvə Görüşünün əsas məqsədi koronavirusa qarşı mübarizə tədbirlərinin müzkirəsi idi. Möhtərəm Prezidentimizin də öz çıxışında qeyd etdiyi kimi, Qoşulmama Hərəkatının bu Zirvə Görüşü də bir daha sübut etdi ki, Azərbaycan dünyada koronavirusun yayılması ilə bağlı yaranmış yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Təbii ki, pandemiya bütün dünya dövlətlərinə mənfi təsir göstərir və ayrı-ayrılıqda bütün ölkələrin bu bəladan minimal itkilərlə qurtulması heç də asan olmayacaq. Məhz buna görə də möhtərəm Prezidentimiz konfrans iştirakçılarına qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-la mübarizə etmək prinsiplərini təklif etdi.

Bildiyiniz kimi, Azərbaycan artıq dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırmışdı. Bu gün isə dövlət başçımız pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırdığını bəyan etdi.

Lakin Azərbaycanın koronavirusla mübarizədə dünya ictimaiyyətinə göstərə biləcəyi yardım sadəcə maliyyə vəsaitlərindən ibarət deyil. Belə ki, bu Zirvə görüşündə möhtərəm Prezidentimiz Azərbaycan adına bir çox dəyərli təkliflər irəli sürmüşdür ki, onlardan istifadə ediləcəyi təqdirdə həqiqətən də koronavirusla mübarizədə böyük irəliləyişlər əldəetmək olar. İlk növbədə dövlət başçımızın dediyi kimi, nəzərə almaq lazımdır ki, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də Zirvə görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir.

Həmçinin cənab İlham Əliyev öz çıxışında tamamilə doğru olaraq bu məqamı da xüsusi vurğuladı ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır və Azərbaycan öz sədrliyi dövründə birgə səylərlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindədir. Möhtərəm Prezidentimizin bu Zirvə görüşündə irəli sürdüyü çox əhəmiyyətli təkliflərdən biri də bu oldu ki, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etsinlər.

Sonda bir məqama da xüsusi diqqət yetirmək istərdim. Məlumdur ki, Azərbaycanın koronavirusla mübarizə təcrübəsi dünyada kifayət qədər yüksək
qiymətləndirilir və bir çox hökumətlər tərəfindən öz ölkələrində tətbiq olunur. BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat öz çıxışlarında, eləcə də Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel və BMT-nin Baş katibi Antonio Quterreş öz videomüraciətində bu fikri bir daha təsdiq etdilər. Eyni zamanda da BMT Baş Assambleyasının prezidenti öz çıxışında dünyada müşahidə olunan qeyri-bərabərlik prinsipinə toxundu. Bildirildi ki, müəyyən qüvvələr koronavirusla mübarizə tədbirləri çərçivəsində yardım göstəriləcək ölkələrin seçimində qeyri-obyektivliyə yol verirlər. Məhz bu baxımdan da Azərbaycan bir daha dünyaya həmrəylik və şəffaflıq nümunəsi təqdim etdi. İlk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünya dövlətlərinə donorluq fəaliyyətini gücləndirməyi təklif etdi. Elə hesab etmək olar ki, Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırması da məhz bu təklifin həyata keçirilməsi istiqamətində atılan ilk örnəkverici addım oldu. İkinci bir tərəfdən isə Azərbaycan həmin vəsaitin xərclənməsinə nəzarət hüququnu özündə saxladı. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu vəsait məhz bizimlə razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və
Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

Bununla da Azərbaycan bütün ölkələrə qlobal həmrəyliyin həqiqi modelinin necə işləməli olduğu barədə çox qiymətli bir əyani vəsait təqdim etmiş oldu.

Aqiyə Naxçıvanlı,
millət vəkili, professor. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: