Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

27 Apr 17:51Siyaset, Cemiyyet

Səlahiyyəti alınan banklar bağlanacaqmı? - Açıqlama

Səlahiyyəti alınan banklar bağlanacaqmı? - Açıqlama
Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub. Məlumata görə, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri inzibatçıya keçib.

Maraqlıdır, sözügedən banklar bağlana bilərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov ilk olaraq bildirib ki, banklarda müəyyən nöqsanlar aşkarlandıqda inzibatçı təyin olunur:

“Mərkəzi Bank inzibatçının təyin edilməsi ilə bağlı səbəbləri açıqlamayıb. Amma qanunvericiliyə görə inzibatçı banklara o zaman təyin olunur ki, banklarda müəyyən nöqsanlar aşkarlanır. Bu nöqsanlar sırasına bankların məcmu kapitalının müəyyən edilmiş minimum normadan 25 faiz az olması, öhdəliklərini kreditorlar qarşısında yerinə yetirə bilməməsi və s. daxildir. Bu amillər nəzərə alınaraq müvəqqəti dövrdə inzibatçı təyin olunur. İnzibatçının təyin edilməsi bankın idarəetməsinin Mərkəzi Bank tərəfindən nəzarətə götürülməsi deməkdir”.

Ekspert eyni zamanda inzibatçının öhdəliklərindən də söz açıb:

“Qısamüddətli dövrdə, yəni 30 gün ərzində inzibatçı bankların aktivlərini və passivlərini tam qiymətləndirməsini həyata keçirməlidir, 45 gün müddətində, yəni 15 gün sonra isə ümumiyyətlə, fəaliyyət planı işlənib hazırlanmalıdır və bu plana uyğun olaraq Mərkəzi Bank tərəfindən qərarlar qəbul edilə bilər.

Artıq ilkin qimətləndirmə bankda real vəziyyətin üzə çıxarılması və hansı istiqamətdə addımların atılması üçün informasiya bazası formalaşdırır. Mərkəzi Bank faktiki olaraq bank haqqında bir neçə istiqamətdə-aktiv və passivlərinin satılması, körpü bankın yaradılması haqqında qərar verə bilər.

Həmçinin bankın ləğv edilməsi haqqında da qərar verməsi mümkündür. Bütün bunlar Mərkəzi Bankın səlahiyyətlərinə aiddir”.

Rəşad Həsənov hesab edir ki, hazırda inzibatçı təyin edilmiş dörd bankın ilk olaraq sağlam aktivlərinin birləşdirilməsi istiqamətində bir mövqe ortaya qoyulacaq:

“Yaxud da bir körpü bankın yaradılması yolu ilə bu bankların vəsaitlərinin, sağlam aktivlərinin körpü bankda birləşdirilməsi və sonradan onun vasitəsilə satışın həyata keçirilməsinə çalışılacaq. Çünki ilin əvvəlində ölkə başçısı tərəfindən bank sektorunda hər hansı bir riskin ortaya çıxma ehtimalının aşağı olması olması ilə bağlı fikirlər səsləndirilmişdi. Təbii ki, şərait dəyişib, pandemiya bank sektoru üçün, xüsusilə maliyyə vəziyyəti aşağı olan banklar üçün çox ciddi problemlər yaradır. Hətta Ata Bankla bağlı Mərkəzi bankın bir neçə ay əvvəl açıqlaması var idi. Faktiki bu bankların maliyyə vəziyyəti indiki şərtlərdə prosesin davam etdirilməsi üçün yetərli olmayacaqdır, amma bununla yanaşı Mərkəzi Bank bankların müflis elan edilməsi məsələsinə daha həssas yanaşa bilər. Çünki cari vəziyyətdə bank sektoruna inamın aşağı düşməsi Mərkəzi Bank üçün arzuolunmayan bir vəziyyətdir. Belə şəraitdə sürətlə əmanətlərin banklardan geri çəkilməsi prosesi başlayar. Ötən ay ərzində depozitlərin də azalması prosesi başlayıb. Bu da post-pandemiya dövründə dövlətin, iqtisadiyyatın bərpası istiqamətində fəaliyyət planlarına ciddi çətinlik yarada bilər.Belə olduğu təqdirdə passiv aktivlərin, yığımların dövriyyəyə cəlb edilməsi imkanları məhdudlaşır. Vəsaitlər iqtisadiyyatdan kənarlaşır, ayrı-ayrı insanlar əlində passiv şəkildə toplanır və eyni zamanda iqtisadi sektorlarda sahibkarlıq subyektləri üçün maliyyəyə çıxış imkanları məhdudlaşır. Yəni ola bilsin ki, məhz sadalanan faktorları nəzərə alaraq Mərkəzi Bank daha çox bankların sağlam aktivlərinin qorunub saxlanması istiqamətində mümkün imkanlarını səfərbər edərək mövqe ortaya qoyacaqdır. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, bankların konsalidasiyası ilə bağlı uzun müddətdir bir müzakirə olsa da, Azərbaycan bankları bu məsələyə soyuq yanaşırlar. Bankların idarəetməsində şəffaflığın olmaması konsaldasiya prosesinin həyata keçirilməsində əsas maneələrdən biridir. Düşünürəm ki, Mərkəzi Bank bütün bu şərtləri nəzərə alaraq qərar qəbul edəcək”.

Sayad Həsənli
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: