Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

10 Avq 17:49Siyaset

Eldəniz Səlimov apellyasiya şikayətini geri götürdü - YENİLƏNİB

Eldəniz Səlimov apellyasiya şikayətini geri götürdü - YENİLƏNİB

Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov vəkili tərəfindən verilən apellyasiya şikayətini geri götürüb.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə deputatın vəkili məlumat verib.

Vəkil bildirib ki, Eldəniz Səlimov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə seçilən həbs-qətimkan tədbiri qərarından apellyasiya şikayəti versə də, müdafiə etdiyi şəxs bu gün şikayəti geri götürdüyünü bildirib.

***

10:40
Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimov apellyasiya şikayəti verib.

KONKRET.az xəbər verir ki, o, barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyir.

Şikayətə avqustun 11-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin 3 avqustda keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: