Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

23 İyl 10:55Siyaset

Prezident İlham Əliyevin Rusiyaya səfəri Türkiyə mediasının diqqət mərkəzində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Respublikaxeber.az xəbər verir ki, məlumatlarda diqqətə çatdırılır ki, dövlət başçıları Vətən müharibəsindən sonra regionda yaranan yeni vəziyyət, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, Azərbaycan-Rusiya əlaqələrinin inkişaf dinamikası, COVID-19-a qarşı mübarizə və s. məsələlər ətrafında səmərəli müzakirələr aparıblar.

“TRT Haber”, “TRT Avaz”, “Haber Global” telekanalları, “Sabah”, “Milliyet”, “Takvim” qəzetləri və digər media qurumları tərəfindən yayılan məlumatlarda səfər barədə türkdilli ictimaiyyətə geniş məlumat verilib.

Türkiyə mediası Azərbaycan ilə Rusiya arasında cari ilin birinci yarısında əmtəə dövriyyəsinin artdığını, eləcə də regiondakı yeni vəziyyətin əhəmiyyətini xatırladaraq Prezident İlham Əliyevə istinadla yazır: “Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq.”

Məlumatlar orijinal video və fotolarla təqdim olunub. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: