Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

05 İyl 21:38Sehiyye

Şəkinin Qoxmuq kənd Tibb Məntəqəsinin işçiləri harada kimə xidmət edirlər? Aldıqları maaş?


Respublikaxəbər.az-ın xəbərinə görə Şəkinin Qoxmuq kənd Tibb məntəqəsində özbaşınalıq baş alıb gedir. Nə işçi var, nə müdür!
Belə ki, 30 iyun 2021-ci il tarixdə, günün birinci yarısında Respublikaxəbər.az-ın rəhbəri Elyaz Gülüyev Qoxmuq kənd istiqamətindən keçərkən səhhətində narahatçılıq hiss etmiş, yolun kənarında dayanan şəxslərin birindən "BU KƏNDDƏ TİBB MƏNTƏQƏSİ VARMI?" deyə sual verdikdə həmin şəxs Qoxmuq kənd Tibb məntəqəsinin ünvanını göstərmişdir. E.Gülüyev həmin Qoxmuq kənd Tibb Məntəqəsinə getsə də dərdini deməyə nəinki həkim, heç tibb bacısı belə tapmayıb. Bununla bağlı E.Gülüyev Şəki Şəhər Qoxmuq kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəliyinə getmiş, həmin məsələ ilə bağlı məlumat vermişdir. İcra nümayəndəsi Elyaz Gülüyevlə mülayim davransa da, İcra nümayəndəsinin müavini Elyaz Gülüyevi yalanda ittiham edərək bildirmişdir ki, "OLA BİLMƏZ"!
Elyaz Gülüyev isə ona bildirmişdir ki, sən ki deyirsən ola bilməz, mənim yalan dediyimi düşünürsən, o zaman dur gedək bərabər baxaq. Bundan sonra İcra nümayəndəsinin müavini Elyaz Gülüyevə sərt şəkildə belə demişdir. "Əşi get işinlə məşğul ol! Sən kimsən ki, mən səninlə gedirəm! Elyaz Gülüyev təkrar İcra nümayəndəsinon müavininə səmimi formada demişdir ki, Niyə əsəbləşirsən? Sadəcə inanmadığın üçün sübuta yetirmək üçün gedək dedim. O zaman İcra nümayəndəsinin müavini E.Gülüyevə mən əsəbi adamam, mənim əsəblərimi korlama demiş. E.Gülüyev də onun aqressiv olduğunu görüb, həmin məntəqənin rəhbərinin nömrəsini götürərək həmin rəhbərlə əlaqə saxlayıb. O isə bildirib ki, mən Mərkəzi Xəstəxanada hər hansı bir işlə bağlı gəlmişəm, məntəqədə bir nəfər tibb bacısı var, qalanlar isə xidmət başındadır. Həmin məsələ ilə bağlı E.Gülüyev aidiyyatı qurumlara rəsmi məktub hazırlayır.
Qarşı tərəfi dinləməyə hazırıq!

Respublikaxəbər.az dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: