Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

30 Dek 18:59Sehiyye

ÜST-dən koronavirus peyvəndi olanlara XƏBƏRDARLIQ

ÜST-dən koronavirus peyvəndi olanlara XƏBƏRDARLIQÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Soumya Svaminatsan insanları COVID-19 peyvəndindən sonra virusa qarşı ehtiyatlı olmağa çağırıb.

Bu barədə NTV məlumat yayıb.

Həkimin sözlərinə görə, ABŞ-da və Avropada insanların koronavirus peyvəndi edildikdən sonra yenidən yoluxub-yoluxmamaları barədə kifayət qədər məlumat olmadığından onların yoluxucu olub-olmamalarını da demək çətindir:

“Peyvəndlərlə əlaqədar kifayət qədər məlumat olmadığı üçün immunitet yaranana qədər peyvənd edilənlər də, digərləri kimi, səyahət edərkən karantin tədbirlərinə riayət etməlidirlər”.

ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayan COVID-19 epidemiyasının şiddətli olduğunu və qlobal miqyasda sürətlə yayıldığını qeyd edərək, dünyanın elm və peyvənd sahəsində inkişaf etmiş mərhələdə olduğunu vurğulayıb:

“Şübhəsiz, bu, ən böyük epidemiya deyil. Bu virus çox yoluxucudur, insanları öldürür və bir çox insanı yaxınlarından məhrum edir. Gələcəkdə daha da şiddətli ola biləcək epidemiyaya hazırlaşmalıyıq”.

Respublikaxəbər.az

Sənəm Əliyeva
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: