Yeni XəbərLər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib?
01.02
Tələbə adı qazananların NƏZƏRİNƏ
01.09
İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb…
01.09
SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ
31.08
Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi
31.08
Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb
31.08
Arxiv
Sorğu
Оцените работу движка
30 Sen 13:40Sehiyye
Millət vəkili dərman qiymətlərinə ETİRAZ ETDİ
“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilməsini təklif edirəm. Pandemiya da göstərir ki, bizim qanunvericilikdə dərmanların qeydiyyatı qəlizdir və sərtdir. Bu, yeni dərmanların ölkəyə gətirilməsinə əngəl yaradır”.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında komitə sədri deputat Musa Quliyev deyib.
O qeyd edib ki, buna görə də dünyanın aparıcı dərman şirkətləri Azərbaycanda ofislərini bağladılar: “Biz bu dərmanları ala bilmirik. Bundan əlavə, biz dərmanların qeydiyyat sistemində dəyişiklik etməliyik. İstehsalçı şirkətlər əhalisi az olan ölkələrdə buna maraqlı deyillər. Qeydiyyatda tanınma rejiminə keçsək, bu yaxşı olar. Türkiyədə qeydiyyatdan keçən dərmanları niyə avtomatik qeydə almayaq və eyni qiymətə satmayaq? Müharibə dövründə gördük ki, elə dərman vasitələri var ki, ona hər gün ehtiyac var”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə həmkarına cavab olaraq bildirib ki, qeyd-şərtsiz, tanınmadan və icazəsiz ölkəyə dərman gətirilməsi böyük təhlükə yarada bilər: “Çünki tanınmış olan keyfiyyətli və keyfiyyətli olmayan dərman istehsal edən şirkətlər var. Ona görə də biz bunu götür-qoy etməliyik. Ancaq qanunda müəyyən dəyişikliklər edilməsinə ehtiyac var və zamanla dəyişikliklər edilir”.
Yorum ekle
Xəbərlər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib? 09:22Tələbə adı qazananların NƏZƏRİNƏ 05:39İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb… 04:27SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ 09:31Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi 07:08Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb 05:14Sumqayıt və Abşeronun bir hissəsində su kəsiləcək 06:15Bakıda avtomobil yolu keçmək istəyən piyadaları vurdu, ölənlər var 06:02
Istifadəçi Girişi