Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

18 Avq 17:25Sehiyye

Bakıda poliklinikada peyvənd növbəsi üstündə MÜBAHİSƏ: Polis çağırıldı - RƏSMİ AÇIQLAMA

Bakıda poliklinikada peyvənd növbəsi üstündə MÜBAHİSƏ: Polis çağırıldı - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə 16 saylı poliklinikada peyvənd üçün müraciət edən vətəndaşlar tərəfindən çəkilmiş videogörüntülər yayılıb. İddia olunur ki, poliklinikada çalışan həkim tərəfindən vətəndaşlarla kobud davranılır.

Respublikaxeber.az xəbər verir ki, videonu çəkən şəxs iddia edirbki, tibb işçisi TƏBİB-i, elektron qaydada götürülmüş növbəni nəzərə almayaraq özü yerində növbə yazıb:

“Bu xanım peyvənd olunmaq üçün növbə götürən şəxslərə “Mən TƏBİB saymıram. Burada növbəni mən verirəm” deyir. Bu, özbaşnalıqdır”.

“Qafqazinfo” səslənən ittihamlarla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən bildirilib ki, problem vətəndaşların poliklinikada növbəsiz vaksinasiya olunmaq istəmələri səbəbindən yaranıb:

“Nazim və Nadim adında iki nəfər 16 nömrəli Şəhər Poliklinikasına vaksinasiya üçün növbəsiz daxil olmaq istəyiblər. Qeydiyyat şöbəsində əyləşən xanım onlara növbələrini təqdim edib və növbədə gözləmələrini bildirib. Həmin vətəndaşlar qeydiyyatçı xanımı təhdid etməyə başlayıblar və “siz bilmirsiniz biz kimik, növbəsiz keçəcəyik” kimi ifadələr işlədərək kobud davranmağa başlayıblar. Hətta xanımı lağa qoyaraq gülüblər. Nəticədə mübahisə düşüb və hadisə yerinə polis əməkdaşları çağırılıb. Nizam-intizamı pozan vətəndaşlar polis əməkdaşlarının köməkliyi ilə poliklinikadan uzaqlaşdırılıblar.

Qeydiyyatçı xanım səhiyyə qurumlarına qarşı heç bir ifadə səsləndirməyib. Hadisə yerində olan İcra Hakimiyyəti nümayəndəsi də polis əməkdaşları ilə söhbət zamanı bunu təsdiqləyib”.

***

Mübahisədə adı keçən Nazim Qasımzadə isə bildirib bi, nazirliyin açıqlaması həqiqəti əks etdirmir. Belə ki, vətəndaş onlayn qaydada növbə götürdüyünü və yalnız öz saatı çatan zaman poliklinikaya yaxınlaşdığını qeyd edib. N. Qasımzadə eyni zamanda növbə ilə bağlı ona gələn SMS bildirişini də sübut kimi göndərib. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: