Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

23 Dek 13:09Seckiler

Mandatını girov qoyan keçmiş deputatın “yeriməyən” İSTİNTAQI

Mandatını girov qoyan keçmiş deputatın “yeriməyən” İSTİNTAQIBorclu olması səbəbindən deputat mandatını girov qoyması ilə neqativ ilkə imza atan Rafael Cəbrayılov çox sayda vətəndaşa vurduğu maddi zərəri hələ də ödəməyib.

Yenicag.az xəbər verir ki, vətəndaşlara külli miqdarda ziyan vurduğu üçün keçmiş deputat Rafael Cəbrayılovun barəsində 6 ay əvvəl cinayət işi açılmasına baxmayaraq, onun dələduzluq əməllərini araşdırmalı olan istintaq hərəkətləri hələ də yerində sayır.

Məlumata görə, cinayət işinin açıldığı 6 ay ərzində Rafael Cəbrayılov bir dəfə də olsun, istintaqa cəlb edilərək dindirilməyib. İşi aparan müstəntiqlər keçmiş deputatın fırıldaq “tor”una düşən bir neçə zərərçəkmişi dindirməklə, öz işini bitmiş hesab etməkdədir.

Əslində isə Cəbrayılovun çox sayda vətəndaşdan böyük məbləğdə pul aldığını bir neçə dəfə etiraf etdiyini nəzərə alsaq, istintaqın bu işlə bağlı bütün mühüm detalları çox qısa müddətdə üzə çıxararaq, tezliklə yekunlaşdırılacağı gözlənilirdi. Lakin göründüyü kimi, istintaq nəinki şübhəli qaydada uzanır, həm də iş üzrə əsas fiqurant olan Rafael Cəbrayılova əziyyət verib dindirməyə belə çağırmırlar.

Nəticədə onlarla vətəndaşa vurulan maddi zərərin ödənilməsi qeyri-müəyyən müddətə uzanır, əsəblər tarıma çəkilir, sıxıntılar isə günbəgün artır. Əvəzində isə vətəndaşlara müxtəlif formada on milyorlarla manat dəyərində ziyan vuran Rafael Cəbrayılov öz xudmani həyatını yaşamağa davam edir.

Mövzunu diqqətdə saxlayacağıq.

Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: