Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

24 İyl 09:47Rusiya

Avropa ölkələri Rusiyanı tarixi yenidən yazmaqda günahlandırıb

Avropa ölkələri Rusiyanı tarixi yenidən yazmaqda günahlandırıb

Rusiya tarixi yenidən yazmağa çalışmaqda günahlandırılıb.

Respublikaxəbər.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reynsalu “Twitter” hesabında ABŞ, Litva, Latviya və Estoniyanın xarici işlər idarələri rəhbərlərinin birgə bəyanatını paylaşıb.

O qeyd edib ki, Tallin və Vaşinqton arasında mükəmməl münasibətlər mövcuddur, eyni zamanda Moskva bəzi tarixi hadisələri “təhrif etmək üçün sistematik cəhdlərini” davam etdirir. Söhbət sovet qoşunlarının Baltikyanı ölkələrə daxil olması və Estoniya, Latviya və Litvanın SSRİ-yə birləşdirilməsindən gedir.

“Rusiyanın 1940-cı ildə Sovet İttifaqı tərəfindən Baltikyanı ölkələrin işğalı və ilhaqına haqq qazandırmaq məqsədilə tarixin yenidən yazılması ilə bağlı bütün cəhdlərinə qarşıyıq”, - deyə, Urmas Reynsalu və həmkarları Edqars Rinkeviç (Latviya Xarici İşlər naziri), Linas Linkeviçius (Litva Xarici İşlər naziri) və Maykl Pompeonun (ABŞ Dövlət katibi) birgə bəyanatında deyilir.

Bundan əlavə, diplomatlar NATO ilə münasibətləri müzakirə ediblər. Baltikyanı ölkələrin nümayəndələri “ABŞ-ın potensial düşmənin qarşısını almaq üçün vacib olan, Avropanın müdafiəsinə verdiyi töhfəni” yüksək qiymətləndirdiklərini vurğulayıblar.

Hələ sovet dönəmində Avropa 1939-1940-cı illərdə Baltikyanı ölkələrə münasibətdə SSRİ-nin hərəkətlərini pisləyib və onları işğal kimi xarakterizə edib. Rəsmi Brüssel və Litva, Latviya və Estoniyanın hazırkı hakimiyyəti bu nöqteyi-nəzəri dəstəkləməkdə davam edir.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: