Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

10 Sen 14:48Rusiya

"Paşinyan Bakıya nə vaxt gələcək?: Rusiya bunu təmin etməlidir" - Korotçenko

"Paşinyan Bakıya nə vaxt gələcək?: Rusiya bunu təmin etməlidir" - Korotçenko

“Rusiya öz imkanlarından istifadə edərək Ermənistanı yola gətirməlidir”.

Respublikaxeber.az teleqraf-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Paşinyanın Bakıya səfəri və Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə sülh müqaviləsinin imzalanması nə vaxt baş tutacaq? Paşinyan Qarabağın Azərbaycanın olduğunu açıq şəkildə etiraf edəcəkmi, yoxsa təxribatlara davam edəcək?”, – deyə Korotçenko bildirib.

Ekspert hesab edir ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaqdan və bu ölkənin ərazi bütövlüyünü tanımaqdan başqa şansı yoxdur: “Paşinyan real nəticələr istəyirsə, bu addımları atmalıdır. Çünki Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistanın ərazi bütövlüyünü tanıyır”.

Korotçenkonun fikrincə, Azərbaycanla münasibətlərini bərpa etməsi Ermənistanın iqtisadi inkişafına yol açacaq.

Onun sözlərinə görə, Rusiya öz imkanlarından istifadə edərək Ermənistanı yola gətirməlidir.

Qarabağın beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisi olduğunu bildirən Korotçenko qeyd edib ki, bundan sonra heç bir statusdan söhbət gedə bilməz. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: