Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

25 İyn 17:58Olke

Azərbaycanda uşaqlara da vaksin vurulacaq? - RƏSMİ

Azərbaycanda uşaqlara da vaksin vurulacaq? - RƏSMİ


“Azyaşlılara vaksin vurulması ilə bağlı məsələ müzakirə edilir”.
bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı, infeksion xəstəliklər üzrə həkim mütəxəssis Nəzrin Mustafayeva TƏBİB-in rəsmi “Facebook” səhifəsində yayımlanan “TƏBİB məsləhəti” rubrikasında ÜST-ün uşaqlara vaksin vurulması ilə bağlı çağırışına münasibət bildirərkən deyib.

O bildirib ki, hazırda Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən vaksinasiyaya 18 yaşından yuxarı və əks göstəriş olmayan şəxslər cəlb edilir:

“Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, hazırda ölkədə vaksinasiya prosesi təyin edilən strategiyaya uyğun şəkildə aparılır. 18 yaşdan aşağı şəxslərə vaksin vurulması qadağandır. Azyaşlılara isə müvafiq dövrlərdə peyvəndlər vurulur. Bu gün bu istiqamətdə danışıqlar davam edir. Əgər bu azyaşlılara vaksin vurulması ilə bağlı hər hansı qərar qəbul edilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək”. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: