Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 İyn 11:04Olke

Ağcabədi sakini külli miqdarda heroinlə tutuldu - FOTO

Ağcabədi sakini külli miqdarda heroinlə tutuldu - FOTO



Ağcabədi sakini Masallıda külli miqdarda heroinlə tutuldu.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş İ.Çobanov Masallı rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Şöbədə üzərinə keçirilən baxış zamanı İ.Çobanovun əlindəki sellofan torbadan 1 kiloqram 175 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Respublikaxeber.az dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: