Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

04 Apr 22:13Olke

SƏRT KARANTİN TƏTBİQ EDİLƏCƏK? VİDEO

SƏRT KARANTİN TƏTBİQ EDİLƏCƏK? VİDEO
Koronavirusa gündəlik yoluxma sayının artması cəmiyyətdə narahatlığa səbəb olub. Maraqlıdır, hazırkı vəziyyət karantinin tətbiq edilməsini nə dərəcədə labüd edir və belə bir qərarın qəbul edilməsi hansı problemlərə yol aça bilər?

Bununla bağlı “ARB Xəbər”ə açıqlama verən infeksionist Vüqar Cavadzadə bildirib ki, gündəlik yoluxma sayı epidemik alovlaşmanın göstəricisidir:

“Koronavirusa gündəlik yoluxma sayının 2000 nəfər civarında olması epidemik alovlaşma deməkdir. Bu, rəqəmlərin daha yüksək səviyyəyə qalxacağından xəbər verir. Hazırkı vəziyyət əvvəlkindən tamamilə fərqlənir. Yəni virusa yoluxan cavanlar və uşaqlar arasında əvvəllər ağır hallar müşahidə olmurdu, amma indi bunun əksini görürük”.

Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli isə bildirib ki, pandemiya səbəbindən tətbiq edilən karantinin yaratdığı problemlər artıq hiss edilməyə başlanılıb:

“Pandemiya səbəbindən tətbiq edilən karantinlərin problemlərini indi gündəlik həyatımızda hiss edirik. Bu, müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması şəkildə özünü göstərir. Karantin tətbiq edilməsi xidmət və s. sektorda çalışan insanların iş yerlərinin itirməsinə və ya gəlirlərin azalmasına ciddi təsir göstərir. Bunların qarşısını almaq üçün dövlət tərəfindən ödənilən kompensasiya bunun üçün kifayət deyil”.



Respublikaxəbər.az 0518310101 dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: