Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

07 Mar 20:41Olke

DƏYƏRLİ İNSANIN (DİPLOMATIN) FÜZULİ RAYONUNA SƏFƏRİ

DƏYƏRLİ İNSANIN (DİPLOMATIN) FÜZULİ RAYONUNA SƏFƏRİ
Məqsəd dağıdılmış ərazilər barədə dünya ictimayətini məlumatlandırmaqdır
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət əməlləri ilə tanış olmaqdır. Diplomatları və hərbi attaşeləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və başqaları müşayiət edirlər.

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Füzuli rayonunun Merdinli kəndinə gəlib, buradakı məscidin hazırki vəziyyəti ilə tanış olublar.Erməni vəhşiliyi barədə məlumat verən Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, bədnam qonşularımızın törətdiyi vəhşiliklərin ən bariz nümunələrindən biri də Merdinli məscididir.

Diplomatik korpusların nümayəndələri Füzuliyə səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının tikintisinin gedişi ilə də tanış olublar. Diplomatlara Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yenicə əsası qoyulmuş hava limanında görüləcək işlər barədə məlumat verilib. Bildirib ki, tikinti işlərinə Azərbaycanın xarici tərəfdaşları da fəal surətdə cəlb olunub.

Respublikaxəbər.az 0518310101 dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: