Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

06 Mar 17:07Olke

TAC MMC-VƏTƏNDAŞI İŞLƏDİR, SONDA ƏMƏK HAQQINI VERMİR. ƏMƏK MÜFƏTTİŞLİYİ DƏ HƏMİN MMC-Nİ FARMALNİ CƏRİMƏ EDİR VƏSSALAM. YENİLƏNDİ.


Respublikaxəbər.az-a şikayət edən Salyan rayon sakini Rəhimov Şəhriyar Siyasət oğlu, TAC MMC-dən əmək haqqını almadığını və qanunsuz olaraq işdən azad edildiyini bildirmişdir. vətəndaşın şikayət ərizəsinə əsaən aidiyyatı üzrə qurumlara eləcə də bir surətini Əmək Müfəttişliyinə olmaqla tərəfimizdən məlumat məktubu ünvanladıq. Uzun sürən araşdırmalardan sonra Əmək Müfəttişliyi redakisiyamıza və eləcə də şikayətçiyə cavab məktubu göndərdi. Əmək Müfəttişliyi tərəfindən daxil olmuş cavab məktubunda qeyd olunur ki, TAC MMC-nin rəhbəri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə müvafiq olaraq
06.01.2021-ci il tarixli, MN 0688034 nömrəli İnzibati Xəta Haqqında protokol tərtib edilmiş, 18.01.2021-ci il tarixində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında MN1065025 nömrəli qərar qəbul edilmişdir. Eyni zamanda , Ş.Rəhimovun son haqq-hesabının düzgün hesablanıb ödənilməsi ilə bağlı "TAC" MMC-yə rəsmi məktub göndərilmişdir. Bura qədər olanı anladıq. Burada bəzi suallar yaranır.
Əmək mMüfəttişliyi İdarəsi haqq-hesabın düzgün hesablanması barədə rəsmi məktub ünvanlayıbsa, niyə haqq-hesabat aparılmır?
İkinci "TAC" MMC cərimə olunmaqla, tənbeh almaqla əmək haqqı ödənilməyən vətəndaşın ailəsi dolanırmı?
Bu və bunun kimi digər qanunsuz araşdırmalarla bağlı tərəfimizdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi məktub hazırlanır. İnanırıq ki, bizim Respublika Baş Prokuroruna ünvanlayacağımız məktub Əmək Müfəttişliyinin "TAC" MMC-yə ünvanladığı məktub kimi sayılmaz olmayacaqdır. Onu da qeyd edək ki, bu məsələlərlə bağlı telefon vasitəsi ilə şikayətçinin bizə təqdim etdiyi bəzi məsul şəxslərlə əlaqə saxladıq, onlar da bizə iki dəfə bildirdilər ki, Şəhriyarla hesabat aparılacaq onun əmək haqqı tam ödəniləcək. Lakin görülür ki, müxtəlif bəhanələr uyduraraq "TAC" MMC Şəhriyar Rəhimovun Əmək haqqını ödəməkdən imtina edir.
Daha Ətraflı Sizlərə şikayətçinin bizə verdiyi video müsahibəsində: Videonu Sizə təqdim edirik, Qarşı tərəfi yenə dinləməyə hazırıq! Videomuzu izlədikdən sonra kanalımıza abunə olmağınızı və paylaşmağınızı Sizdən xahiş edirik.


Redaksiyamıza təkrar müraciət edən Şəhriyar Rəhimov bildirdi ki, Əmək müfəttişliyi idarəsindən Rəna xanım Şəhriyardan yenidən Bankdan çıxarış tələb edib. Səbəb? Şəhriyarın dediyinə görə Rəna xanım Şəhriyardan soruşub ki, TAC MMC Sizə olan borcunu ödədimi? Şəhriyar isə bildirib ki, xeyr! TAC MMC tərəfindən ona heç bir manat məbləğində vəsait ödənilməyib. Rəna xanım Şəhriyara deyib ki, Siz yenidən bankdan çıxarış alın gətirin bizə təqdim edin, biz də bilək ki, Sizə ödəniş olmayıb. İndi Əziz izləyicilər! Bu gülməli deyilmi? Bu hal Şəhriyarı süründürməçiliyə salmaqdan başqa nədir? Əmək Müfəttişliyindən redaksiyamıza daxil olan əvvəlki cavab məktubunda bildirilmişdir ki, Şəhriyar Rəhimovla TAC MMC-nin arasında hesabat aparılması və Rəhimov Şəhriyara olan borcun ödənilməsi ilə bağlı məktub ünvanlanıb. İndi Əmək Müfəttişliyi nə üçün TAC MMC-dən ödənişlə bağlı Ödəniş qəbzi tələb etmir, Ş.Rəhimovdan təkrar Bank çıxarışı istəyir. Buradan belə başa düşülür ki, Əmək Müfəttişliyi idarəsində Ş.Rəhimovun şikayəti əsasında icraat aparan Rəna xanım, Ş.Rəhimovu bezdirir, süründürür ki, Ş.Rəhimov ödənilməmiş əmək haqqını almaqdan vaz keçsin. Hazırda biz TAC MMC-yə eyni məlumat məktubunu surəti ünvanladığımız üçün TAC MMC-nin də cavabını gözləyirik. Nəticə etibarı ilə son vəziyyəti Sizlərlə paylaşacağıq.
Respublikaxəbər.az 0518310101 dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: