Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

06 Mar 15:30Olke

DAHA BİR ŞƏHİDİMİZİN ADI YENİ DOĞULAN ÖVLADINA VERİLDİ.

DAHA BİR ŞƏHİDİMİZİN ADI YENİ DOĞULAN ÖVLADINA VERİLDİ.
İsmayıllı rayonundan olan Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Musayevin 3 mart 2021-ci il tarixində öz adını daşıyan oğul övladı dünyaya gəlib.

Respublikaxəbər.az-ın məlumatına görə, şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə yadigarı olan övladına verilib.

Martın 6-da doğum evindən evə yola salınan şəhidimizin ailəsini xəstəxana önündə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Gənclər və İdman İdarəsinin və “YAŞAT“ Fondunun əməkdaşları qarşılayıblar.

Vətən müharibəsində şəhid olanların övladları bizə onların əmanətidir. İsmayıllı Rayon İcra Hakimiyyəti şəhid övladlarını diqqətdə saxladığı kimi yeni doğulan körpə qəhrəmanımızı da daim qayğı ilə əhatə edəcək.

Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonu Aşağıbaş kəndində anadan olub. R. Musayev Vətən müharibəsində Xüsusi Təyinatlı Dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib, 3 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Ramil Musayev doğulduğu İsmayıllı şəhərində torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah o gözəl gül balaya həyat xoşbəxtliyi versin, şəhidimizə də rəhmət və məğfirət diləyirik.

Respublikaxəbər.az 0518310101 dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi