Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

15 Fev 16:03Olke

Xankəndi aeroportu yalnız bu ŞƏRTLƏ açıla bilər - AÇIQLAMA

Xankəndi aeroportu yalnız bu ŞƏRTLƏ açıla bilər - AÇIQLAMA

Son günlər ən çox səslənən və cavabı axtarılan suallardan biri də Xankəndi hava limanının taleyi ilə bağlıdır.
Bu barədə Metbuat.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, erməni separatçıları Rusiya hərbçilərinin dəstəyi ilə hava limanını açmağa çalışırlar. Azərbaycanın yeganə şərti hava limanının Azərbaycan sərhədçiləri ilə Gömrük Xidmətinin nəzarəti alına keçməsidir. ''Normal dövlətlərdə olduğu kimi istənilən hava limanında həmin ölkənin sərhədçiləri və gömrük işçiləri fəaliyyət göstərir. Bu baş verərsə hava limanının fəaliyyətə başlaması və rusiyalı hərbçilərin də Xankəndi hava limanından istifadəsi mümkündür.
Mənə elə gəlir ki, Azərbaycan hakimiyyətinin Xankəndi hava limanının yaxın müddətdə nəzarətə götürəcəyinə dair ciddi şübhəsi var. Əks halda Fizulidə hava limanının tikintisinə sürətlə qərar verilməzdi''. Elxan Şahinoğlu bildirdi ki, əgər biz Xankəndi hava limanını nəzarət altına ala bilməyəcəyiksə, şərtlərimiz qəbul olunana qədər həmin hava limanının qapılarının bağlı qalması məqbuldur.
''Digər tərəfdən Xankəndi hava limanının binası erməni separatizminin rəmzi şəklində inşa edilib. Başqa sözlə hətta həmin hava limanını nə vaxtsa ələ keçirsək və işlətməyə qərar versək, hava limanının binasını yenidən söküb yığmaq lazım gələcək. Bu bizə lazımdırmı? Fikrimcə, istifadəsiz qalan Xankəndi hava limanını ələ keçirməkdən daha vacib işimiz – hava limanı ətrafındakı müqəddəs saydığımız Xocalı üzərində nəzarəti təmin etmək planını reallaşdırmaqdır''.

Xankəndi aeroportu yalnız bu ŞƏRTLƏ açıla bilər - AÇIQLAMA dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: