Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

10 Fev 15:33Olke

General olmaq istəyən şəhidin son sözləri: “Üç nəfər qalsaq belə ...” - FOTO


General olmaq istəyən şəhidin son sözləri: “Üç nəfər qalsaq belə ...” - FOTO


“Mən general olana kimi döyüşəcəyəm. Evin tək oğlu olsam da, ya Milli Qəhrəman olaraq qayıdacam, ya da şəhid olacam. Amma son qanıma qədər arzularım uğrunda vuruşacam...”
Bu, 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Abdullazadə Həsənağa Şakir oğlundan geriyə qalan son sözlərdir...
Qəhrəmanımız 1993-cü il martın 9-da Lənkəranda anadan olub. Ailənin tək övladı olan Həsənağa Abdullazadə təhsilini Lənkəranın 9 saylı tam orta məktəbində alıb. Vətənə məktəb yaşlarından bağlı olan şəhidimiz ailəsinin razılığı olmasa da, 9-cu sinifdən sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. 2010-cu ildə oranı yüksək qimətlərlə başa vuran qəhrəmanımız həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ali məktəbi bitirdikdən sonra 2014-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin zabit kurslarına yazılıb və bir il sonra kursu fərqlənmə ilə bitirib.
2013-cü ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunub.
Oxu.Az-ın əməkdaşı ilə söhbət edən şəhid Həsənağa Abdullazadənin anası Səmilə Abdullayeva deyir ki, oğlundan geriyə heç bir nişanə qalmayıb.
“Dörd övladımdan geriyə qalan tək Həsənağa idi...”
Şəhid anası deyir ki, oğlu ilə fəxr etsə də, ömrü onu gözləməklə keçib:
“Oğlum Vətənə bağlı uşaq idi. Biz onu vətənpərvər ruhda böyütmüşdük. Amma ana kimi hər zaman oğlum üçün narahat olmuşam. Həsənağadan əvvəl dörd övladımız olub və vəfat edib. Həsənağa bizim yeganə övladımız idi. Onu itirmək qorxusu məni hər saniyə narahat edib. C.Naxçıvanski adına hərbi liseyə sənəd vermək istəyəndə etiraz etdim. “Getmə, gözlərim yolda qalacaq”, - dedim. Amma məni eşitmədi, öz arzularının arxasınca getdi. Getdiyi yolda da uğur qazandı. Onu tanıyanlar, hərbçi yoldaşları onun haqqında elə danışırlar ki, hərdən fikirləşirəm ki, mən balamın bu qəhrəman tərəflərini heç görə bilməmişəm”.
Həsənağa Abdullazadə Gədəbəydə N saylı hərbi hissədə hərbçi kimi xidmətə başlayıb. Bir gün anası ilə əlaqə saxlayıb və xidmətini ön cəbhədə davam etməsi üçün müraciət etdiyini deyib:
“Gədəbəyin ən uca zirvəsində xidmətə başladı. Həsənağa 2015-2016-cı illərdə orada ön xətdə tağım komandiri kimi xidmət etdi. 2017-ci ildə Gədəbəydə N saylı hərbi hissənin ön xəttində bölük komandiri olub. Eyni ildə Müdafiə Nazirliyi tərəfindən Həsənağaya “baş leytenant” rütbəsi verilib.
2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. Oğlumun zəhməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilirdi.
Həsənağa 2018-ci ildə Göygöldə N saylı hərbi hissənin bölük komandiri kimi xidmət edib. Baş leytenant olmasına baxmayaraq, müharibədən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmri ilə Göygöl rayon N saylı hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin edilib. Oğlum müharibə başlayanda ilk olaraq Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb, ardıcıllıqla da döyüş tapşırıqlarına uyğun şəkildə irəli gedib”.
Döyüş yoldaşlarının sözlərinə görə, Həsənağa ən çətin döyüş tapşırıqlarında özünü irəli verib. Hər zaman dediyi “3 nəfər belə qalsaq, bu yüksəkliyi alacağıq” fikri əsgərlərə də motivasiya olub.
Qəhrəman şəhidimizin anası deyir ki, sonuncu dəfə oğlu ilə oktyabrın 1-də danışıb:
“Ömrüm oğlumun yolunu gözləməklə keçib. 2019-cu ildə ailə qurmuşdu, amma övladı yox idi. Sentyabrın 26-dan bəri oğlum Vətən müharibəsinə qoşuldu. Murovda
Ondan sonra oğluma zəng çatmadı. Döyüş yoldaşlarından öyrəndiyimiz məlumata görə, Kəlbəcər istiqamətində mühasirəyə düşüblər. Mühasirədən isə cəmi 2 nəfər əsgər sağ çıxa bilib, oğlumla bərabər bir neçə əsgər də orada şəhid olub”.
“112 gün oğlumdan xəbər ala bilməmişik”
Nəhayət yanvarın 13-ü ailəsinə Həsənağanın şəhid xəbəri verilib:
“Biz oğlumla son dəfə oktyabrın 1-i danışdıq. Sonra bizə heç bir məlumat verilmədi. 112 gün biz onu axtarmışıq. Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər etmişdik. Nə şəhid xəbəri vardı, nə salamat qaldığı barədə məlumat... Yanvarın 13-də bizə onun şəhid xəbəri verildi. Bir gün sonra da İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Oğlum özünü dərk edəndən ad günü keçirməyib. Hər zaman deyib ki, torpaqlarımızı azad etdikdən sonra doğum günü qeyd edəcək. Nə qələbə sevincini yaşaya bildi, nə də doğum gününü qeyd etdi. Allah bütün şəhidlərə rəhmət eləsin, mənim övladım da onların içərisində”.

Respublikaxaxeber.az
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: