Yeni XəbərLər
Balakən şəhər İcra Hakimiyyəti Orqanları, Qarabağ Əlilləri Cəmiyyəti və rayon sakinləri şəhidlər xiyabanını 20 yanvar günü ziyarət etdilər
21.01
Tərxis edilmiş şəxslərdən Müdafiə Nazirliyinə neçə müraciət daxil olub?
14.01
Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
14.01
Mərkəzi Bank kredit təşkilatları ilə bağlı qərara dəyişiklik etdi
14.01
Qarabağ veteranı: “Mənim üçün bu, 30 illik bir müharibə idi” - FOTO
13.01
Vətən müharibəsindən geri dönən əsgərə gözəl sürpriz - VİDEO
13.01
Arxiv
Sorğu
Оцените работу движка
13 Yan 12:51Olke
Qarabağ veteranı: “Mənim üçün bu, 30 illik bir müharibə idi” - FOTO

“Mənim üçün bu Birinci və İkinci Qarabağ müharibəsi deyildi, 30 illik bir müharibə idi”. Veteran döyüşçü Roqday Qarayev Media.Az-la söhbətinə məhz bu sözlərlə başladı.
Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində iştirak etmiş R.Qarayev onun üçün müharibənin ötən əsrin 90-cı illərdə başladığını və 2020-ci ildə Azərbaycanın qələbəsilə bitdiyini deyir:
“Müasir döyüşləri 90-cı illərdəki savaşla müqayisə etsək, ilk növbədə üslub və taktika dəyişikliklərini qeyd etməliyəm. Məhz bu səbəbdən biz üstünlük qazandıq və düşməndən bir neçə addım irəlidə ola bildik. Bəziləri hesab edir ki, biz 90-ci illərdə müharibəni uduzduq. Lakin bu belə deyil. Biz sadəcə döyüşü uduzduq. Çünki bizim silahımız və canlı qüvvəmiz çatışmırdı. İndi bizim böyük ordumuz var. Hərbi komissarlıqların qarşısında toplaşaraq, döyüşlərə könüllü şəkildə qatılmaq istəyən çox sayda insanlarımız var idi. Bu vətənpərvərlikdir. Azərbaycan artıq o zaman qələbə qazanmışdı. Bəzən biz şikayət edirik ki, gənclərimiz heç nə bacarmırlar. Amma onlar əksini sübut etdilər. Gənclərimiz, bizim qəhrəmanlarımız vətənimiz və gələcəyimiz uğrunda döyüşə atıldılar”.
Qarabağ veteranı ermənilərin öz uydurduğu nağıllara həvəslə inandığını da qeyd edir. Bunun səbəbi isə valideynlərdən başlayaraq hökumətə qədər davam edən yalançı təbliğatdır:
“Ermənilər inanırlar ki, yer üzündə dinozavrlardan sonra bu torpaqlarda ilk məskunlaşan insanlar məhz onlar olublar. Özü də bu tipli iddialara çox ciddi yanaşırlar. Buna görə də, döyüşlərə yüksək motivasiya ilə qatılırdılar”.
R.Qarayev Ermənistan silahlı qüvvələrinin minaatan bölmələrinin və zirehli texnikasının daha hazırlıqlı olmasını bildirib. Veteran döyüşçünün sözlərinə görə, ermənilərin kifayət qədər döyüşqabiliyyətli ordusu var idi. Lakin bizim düzgün taktikamız və atəş nöqtələrinin susdurulmasında müasir üsullardan istifadə etməyimiz qələbəmizi təmin etdi.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
Balakən şəhər İcra Hakimiyyəti Orqanları, Qarabağ Əlilləri Cəmiyyəti və rayon sakinləri şəhidlər xiyabanını 20 yanvar günü ziyarət etdilər 14:11Tərxis edilmiş şəxslərdən Müdafiə Nazirliyinə neçə müraciət daxil olub? 11:38Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı 11:37Mərkəzi Bank kredit təşkilatları ilə bağlı qərara dəyişiklik etdi 11:37Qarabağ veteranı: “Mənim üçün bu, 30 illik bir müharibə idi” - FOTO 12:51Vətən müharibəsindən geri dönən əsgərə gözəl sürpriz - VİDEO 12:50Kəlbəcərin Aşağı Şurtan kəndinin görüntüləri - VİDEO 12:46İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi 12:45
Istifadəçi Girişi

Populyar Xəbərlər
İşğaldan azad edilmiş Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Cəbrayılın İsaqlı kəndi – Video
Biri şəhid, digəri isə qazi olan Ağahüseynli qardaşları - VİDEO
“Şəhid” edilmiş, viranə Seyidli - VİDEO
Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
İşğaldan azad edilən Kəlbəcərin daha bir kəndinin görüntüləri - VİDEO
Zəngilanın Tiri kəndinin görüntüləri - VİDEO
Zəngilanın düşmənin darmadağın etdiyi daha bir kəndi... - VİDEO
Koronavirusla bağlı SON STATİSTİKA
Mərkəzi Bank kredit təşkilatları ilə bağlı qərara dəyişiklik etdi