Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

02 Yan 19:55Olke

ŞƏHİD BACIMIZIN DOĞUM GÜNÜDÜR TƏBRİK EDƏK - FOTO

ŞƏHİD BACIMIZIN DOĞUM GÜNÜDÜR TƏBRİK EDƏK - FOTORespublikaxəbər.az İnformasiya-Xəbər Portalının təsisçi və Baş direktoru Elyaz Gülüyev Azərbaycanın qadın şəhidi Məxluqə Yusifovanın doğum günü ilə bağlı onu təbrik edib, ruhuna dualar etməklə ailəsinə baş sağlığı verib.

Yusifova Məxluqə Xudayar qızı 2 yanvar 1965-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1979-cu ildə Nigar Rəfibəyli adına 43 saylı orta məktəbi bitirib, elə həmin il İnşaat Texnikumunun İqtisadiyyat fakultəsinə daxil olmuş və 1983-cü ildə həmin texnikumu bitirmişdir. Məxluqə Yusifova ilk əmək fəaliyyətinə 3 saylı Tikinti Trestində iqtisadçı-mühəndis vəzifəsində işləməklə başlamışdır. O, 1986-cı ildə Yusifov Canpolad Arif oğlu ilə ailə həyatı qurmuş və birgə nikahdan iki qız övladı dünyaya gəlmişdir. Yusifova Məxluqə Xudayar qızı 1988-ci nil noyabr ayının 25-də Gəncə şəhər doğum evindən çıxarkən ermənilər tərəfindən güllələnmiş, şəhər 3 saylı xəstəxanasına yerləşdirilsə də aldığı güllə yarasından xəstəxanada vəfat etmişdir. Məxluqə Yusifova dünyaya gözlərini əbədi yumsa da, 17 günlük körpəsi sağ qalmış və həmin körpəyə şəhid olmuş anası Məxluqənin adı verilmişdir. Yusifova Məxluqə Xudayar qızı Gəncə Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən Yusifova Məxluqə Xudayar qızı şəhid elan olunmuş və şəhidin ruhuna hörmət əlaməti olaraq 21 saylı məktəbdə şəkili şəhidlərə aid guşədə asılmışdır.
Onu da qeyd edək ki, Gəncə şəhərində bir küçə də qadın şəhidimiz Məxluqə Yusifovanın adına verilmişdir. Bir daha redaksiyanın rəhbəri olaraq əvvəl özümün, ailəmin və ailə üzvlərimin və redaksiya heyyətimin adından şəhidimizi təbrik etməklə, ona uca Allahdan rəhmət və məğfirət, ali məqam arzulayıram. Ailəsinə də baş sağlığı verərək Allah rəhmət etsin deyirəm.


ŞƏHİD BACIMIZIN DOĞUM GÜNÜDÜR TƏBRİK EDƏK - FOTO



Təsisçi və baş direktor: Elyaz Gülüyev:
Xəbərlər Proqramının rəhbəri: Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: