Yeni XəbərLər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib?
01.02
Tələbə adı qazananların NƏZƏRİNƏ
01.09
İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb…
01.09
SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ
31.08
Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi
31.08
Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb
31.08
Arxiv
Sorğu
Оцените работу движка
17 Dek 13:02Olke
“Ermənilərin qənimi” ləqəbli XTQ giziri: Qələbə xəbərindən iki gün sonra şəhidlik arzusuna çatdı - VİDEO
Vətənin bütövlüyü uğrunda canından keçənlərdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Allahverdi Ələkbərovdur.
O, 2017-ci ildən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı gizir vəzifəsində xidmət edib.
Allahverdi sentyabrın 27-də başlayan Vətən Müharibəsində Suqovuşan kəndinin, Füzuli rayonunun və Hadrutun işğaldan azad olunmasında iştirak edib, döyüşlərdə öz qəhrəmanlığı və qətiyyəti ilə fərqlənib. Ermənilərin 100-dən artıq canlı qüvvəsini məhv edən bölük komandiri Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşını xilas etmək istəyərkən düşmən tərəfindən snayperlə vurulub və ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, noyabrın 11-də Mingəçevir şəhər hərbi hospitalında dünyasını dəyişib və Ucar rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Anası Allahverdini atasız böyüdüb. Aybəniz Abdullayeva deyir ki, o, çox tərbiyəli, mehriban uşaq idi, hərb sənətini də könüllü olaraq seçib:
“Füzuli, Cəbrayıl, Zəngilanın alınmasında iştirak edib. Adını “ermənilərin qənimi” qoyublar. Döyüş yoldaşları deyir ki, Allahverdi nə zaman qabağa getsə, o günü işimiz əla alınırdı”.
Qeyd edək ki, Allahverdi Ələkbərov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib? 09:22Tələbə adı qazananların NƏZƏRİNƏ 05:39İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb… 04:27SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ 09:31Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi 07:08Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb 05:14Sumqayıt və Abşeronun bir hissəsində su kəsiləcək 06:15Bakıda avtomobil yolu keçmək istəyən piyadaları vurdu, ölənlər var 06:02
Istifadəçi Girişi