Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

28 Noy 11:44Olke

Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib

Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Respublikaxəbər.az-a verilən məlumata görə, icra başçısı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfirə uğurlar arzulayıb. Vurğulayıb ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri uzun illəri əhatə edir və hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Dost və qardaş Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açılan ilk ölkələrdəndir.
Eldar Əzizov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətlə başa çatan ikinci Qarabağ savaşı, döyüş meydanında məğlubiyyətlə üzləşən təcavüzkar Ermənistanın silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı törədilən insanlıq əleyhinə cinayətlər barədə məlumat verib, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb və bununla bağlı minnətdarlığını bildirib.
Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan ölkəmizin ədalətli mövqeyini tam dəstəkləyir və daim Azərbaycanın yanındadır.
Tərəflər əlaqələrinin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər barədə müzakirələr aparıb.

Sənəm Əliyeva Respublikaxəbər.az dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: