Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

27 Noy 12:26Olke

Böyük amallar uğrunda candan keçənlər - Ölməzlərdir.

Böyük amallar uğrunda candan keçənlər - Ölməzlərdir.
Böyük amallar uğrunda candan keçənlər - Ölməzlərdir.

İmanın zirvəsi şəhadətdir. Etiqadın zirvəsi onun zinyəti şəhadətdir. Şəhadət anlamaqdır, Şəhadət idrakdır. Şəhadət elə bir yüksək dəyərdir ki, Allah onu kitabına alıb. İnsanın mənliyini, şəxsiyyətini inşa edən ən böyük dəyərdir. Bu baxımdan rəbbimiz kitabında onun uğrunda və yolunda can verən insanlara ölü deməyin söyləyir. Allah yolunda öldürənlərə ölü deməyin. Rəbbimiz onları diri olaraq görür. Təbii şəhidin nəfəsində bir dirilik var. Şəhidin səsində bir dirilik var. Onlar toplumun, cəmiyyətin tarixin hər yerində onlardan bəhs olunur, onlardan danışılır. Hər kəs onları dilinə, dodağına gətirdiyi zaman fərəhlənir, qürurlanır. Bəli o millətin ki, şəhidi var, o millət ucadır. O millət ki, qurban verməyi bacarır, o millət alidir. Təbii şəhidlik uca olduğu Şəhadət ali olduğu üçün o millət də ali millət, uca millətdir deyə biz dəyərlərimizdən öyrənirik. Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır. Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmağa başladı. Təmas xəttində baş verən, erməni təxribatının qarşısının alınması istiqamətində Azərbaycan gəncləri öz şücaəti və mərdliyi ilə seçilərək şəhidlik zirvəsinə yüksəldilər. Belə oğullarımızdan biri də Talıbzadə Səxavət Zeyniş oğlu 1 yanvar 1998-ci ildə Saatlı rayonu Qaracalar kəndində anadan olub. Könüllü olaraq hərbi xidməti bitirdikdən sonra müddətdən artıq xidmətini davam etdirib. Tərtər, Ağdərə, Murov, Suqovuşan döyüşlərində iştirak edərək, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. 3 oktyabr 2020-ci ildə Suqovuşan qəsəbəsinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Talıbzadə Səxavət kimi oğullarla qürur duyuruq. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq kölə kimi həyəcan içində yaşayar. Səxavətin simasında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan, adını müqəddəslərin siyahısına yazan qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək agrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.



Ülvi Qeys oğlu dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: