Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

27 Okt 11:07Olke

“Barselona” prezidenti istefa xəbərinə münasibət bildirib

“Barselona” prezidenti Xosep Bartomeu istefa verəcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Apasport.az-a istinadən, Respublikaxəbər.az saytının məlumatına görə, klub rəhbəri əsas komandanın cari mövsümdəki çıxışına nikbin baxdığını deyib.

Bartomeu yeni layihələrinin olduğunu söyləyib: “İstefa barədə heç vaxt düşünməmişəm. Ərsəyə gəlməkdə olan gözəl layihəmiz var. Qarşıda çox vacib Çempionlar Liqası matçı var, istəyimiz və motivasiyamız itməyib. Bu mövsüm kuboklar qazanacağımızı düşünürəm. İstefaya göndərilən ilk “Barselona” prezidenti olmaq fikrim yoxdur. Qorxu ilə işləmirik, irəliləmək istəyirik. Son 10 ildə 22 kubok qazandıq. Utanacaq rəqəm deyil".

Qeyd edək ki, Xosep Bartomeunun prezidentlik dönəmi 2021-ci ilin martına qədərdir.








Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: