Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

23 Okt 11:42Olke

Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər

Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Azərbaycanda bu ilin sonunadək bal qiymətləri kəskin ucuzlaşa bilər.

Bunu XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, pandemiyas müddətində bal ixracının tamamilə dayanması ilə əlaqədar fermerlər məhsulun itirilməsinin qarşısına almaq üçün bu ilin sonunadək balın qiymətini bir kiloqram üçün 15 manatadək azalda bilər:

“Bu gün ölkədə balın qiyməti bir kiloqram üçün 25-30 manat civarındadır. Ötən illə müqayisədə bal qiymətləri dəyişməz qalıb”.

Ölkədə bal istehsalının artırılması məsələsinə toxunan Assosiasiya sədri bildirib ki, Azərbaycanda arı ailələrinin sayı 500 minədək artıb:

“Son iki il ərzində arı ailələrinin sayı 270 mindən 500 minədək artıb. Bu, yaxşı tendensiyadır, çünki söhbət yalnız istehsalın artmasından getmir. Arı ailələrinin sayı çox olduqca, ekologiya və əhalinin sağlamlığına müsbət təsir də çox olacaq. Tozlanma prosesi daha effektiv olduqca, daha çox ağac məhsul gətirəcək. Arıçılığın inkişafı bir çox sahələr üçün faydalıdır”.










Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: