Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

21 Okt 13:14Olke

Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB

Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
Azərbaycanda qripə qarşı vaksinasiyanın aparılması birbaşa COVİD-ə yoluxma sayının azalmasına təsir göstərməyəcək.

XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə,bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov əlavə edib ki, vaksinasiyanın aparılması insanlarda sadəcə COVİD-lə eyni zamanda qripə yoluxmanın baş verməsi ehtimalını azaldacaq:

”Bu vaksinasiya ona görə edilir ki, qriplə birlikdə yoluxmanın olduğu zaman COVİD insanda daha da ağırlaşma yaratmasın: “Vaksinasiya ən azından bu sahədə müəyyən qədər işlər görəcək. Amma qripə qarşı vaksinasiyanın aparılması COVİD-ə yoluxmaya birbaşa təsir göstərmir”.

Qeyd edək ki, oktyabrın 12-dən 2020-2021-ci ilin payız-qış mövsümündə ölkədə qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə vaksinasiya tədbirlərinə başlanılıb. Bu vaksinasiya tədbirləri tibb işçiləri - həkim və orta tibb personalı, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəliyi olan 6 aydan böyük uşaqlar, orta və yaşlı insanlar üçün keçirilir. Vaksinasiya tədbirləri bir ay ərzində həyata keçiriləcək.









Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: