Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

20 Okt 20:10Olke

Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb

Oktyabrın 20-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş videokonfrans formatında 18-ci iclası baş tutub.

Baş Prokurorluğun mətbuat xidmətindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, 15 dövlətin baş prokurorlarının və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən Baş prokuror tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi və siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri, o cümlədən iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin aradan qaldırlması, vəzifəli şəxslərlə vətəndaşlar arasında sağlam əlaqələrin qurulması, habelə şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə qanunvericilik sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar, habelə korrupsiya ilə mübarizədə institusional baza təşkil edən ixtisaslı qurumlar – Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib.














Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi