Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 Okt 16:57Olke

İlham Əliyev Macarıstan Prezidentini TƏBRİK ETDİ

İlham Əliyev Macarıstan Prezidentini TƏBRİK ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Macarıstanın milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Biz Azərbaycan-Macarıstan münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Strateji tərəfdaş olan ölkələrimizi birləşdirən sıx dostluq və əməkdaşlıq münasibətləri bu gün yüksək səviyyəli siyasi dialoq, iqtisadi-ticari, humanitar və digər sahələrdə yeni məzmunla zənginləşir.

Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələr, səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm” . dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: