Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

27 Sen 14:32Olke

Prezidentin köməkçisi: “Hərbi əməliyyatlar barədə əlavə məlumatlar veriləcək”

Prezidentin köməkçisi: “Hərbi əməliyyatlar barədə əlavə məlumatlar veriləcək”


Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatları barədə xalqa müraciətində Ermənistanın niyyətləri barədə ölkə ictimaiyyətini məlumatlandırıb.

Respublikaxəbər.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu gün səhər 06:00 radələrində Ermənistan silahlı bölmələri cəbhəboyu zonada mövqelərimizi və mülki insanları artilleriya qurğularından atəşə tutub.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Ordusu əks hücum əməliyyatları həyata keçirilir.

“Bu əməliyyatların detalları barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə H.Hacıyev əlavə edib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan əhalisi arasında yüksək əhval-ruhiyyə var. H.Hacıyev Azərbaycanda internetə girişin məhdudlaşdırılmasından da söz açıb:

“Bu, müvəqqəti xarakter daşıyır. Hərbi reallıqda günün edirik ki, əhali bunu anlayışla qarşılayacaq”. O ictimaiyyətə müraciətində qeyd edib ki, yalnız rəsmi məlumatlara inansınlar.




Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: