Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

27 Sen 12:51Olke

Müdafiə Nazirliyinin mətbuat katibi açıqlama yaydı

Müdafiə Nazirliyinin mətbuat katibi açıqlama yaydı



“Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus üç tank, iki helikopter və üç pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır”.

Respublikaxəbər.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

O bildirib ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.

Nazirlik rəsmisi qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

“Rəsmi surətdə bəyan edirik ki, Azərbaycan Ordusu mülki əhalini, mülki obyektləri və mülki xarakterli infrastrukturları hədəfə almır”, - deyə A.Eyvazov deyib.

O bildirib ki, Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq, hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir.

“Ermənistan ordusu özünün atəş nöqtələrini qəsdən mülki əhalinin yaşayış yerlərinin içərisində və yaxınlığında yerləşdirir.

Azərbaycan Ordusu işğal altında olan ərazilərdəki mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırır”.




Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: