Yeni XəbərLər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib?
01.02
Tələbə adı qazananların NƏZƏRİNƏ
01.09
İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb…
01.09
SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ
31.08
Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi
31.08
Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb
31.08
Arxiv
Sorğu
Оцените работу движка
27 Sen 10:09Olke
Səfərbərlik Xidmətindən yeni çağırışçılarla bağlı MƏLUMAT
Azərbaycan Respublikasında 2020-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sentyabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar.
Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Səfərbərlik Xidmətindən yeni çağırışçılarla bağlı MƏLUMAT
Azərbaycan Respublikasında 2020-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sentyabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar.
Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.
Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) “9100” nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.
Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib? 09:22Tələbə adı qazananların NƏZƏRİNƏ 05:39İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb… 04:27SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ 09:31Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi 07:08Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb 05:14Sumqayıt və Abşeronun bir hissəsində su kəsiləcək 06:15Bakıda avtomobil yolu keçmək istəyən piyadaları vurdu, ölənlər var 06:02
Istifadəçi Girişi
Populyar Xəbərlər