Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

26 Sen 10:58Olke

Ədliyyə işçiləri və məhkumlardan 13 min test götürülüb, cəmi 18 nəfərdə koronavirus aşkarlanıb

Ədliyyə işçiləri və məhkumlardan 13 min test götürülüb, cəmi 18 nəfərdə koronavirus aşkarlanıb
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması məqsədilə qlobal pandemiya olan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən bütün struktur qurumlarda, o cümlədən penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə lzəruri tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər görülür.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a bildirilib ki, nazirliyin Tibb baş idarəsi fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə əməkdaşların, penitensiar müəssisələrdə saxlanılan məhkumların müayinəsinə xüsusi diqqətlə yanaşılır, onların gündəlik termometriyası keçirilir. Həmçinin, istintaq təcridxanalarına yeni daxil olan həbs edilmiş, habelə azad olunası şəxslər xüsusi karantinə yerləşdilir.

Nazirliyin ayrı-ayrı əməkdaşlarında və penitensiar müəssisələrdə saxlanılan məhkumlarda COVİD-19 infeksiyasına yoluxma halları ilə bağlı dərhal zəruri tədbirlər görülür, onların kontaktda olduğu şəxslər müəyyən olunaraq müayinədən keçirilirlər.

Məlumat verildiyi kimi, virusa yoluxan məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam sağaldıqdan sonra karantindən çıxarılırlar.

Bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülmüşdür. Aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxmışdır. Həmin şəxslər də dərhal izolyasiya olunmuş və xüsusi müalicə müəssisinə yerləşdirilmişdir. Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunmuşdur. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.
Virusa yoluxmuş məhkumlardan vaxtı çatmış 2 nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilmişdir. Ümumiyyətlə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun şəffaf tətbiqi məqsədilə yaradılmış nazirliyin xüsusi Komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirmiş və 1.000 nəfərədək məhkum məhkəmələr tərəfindən vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmış, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilmişlər.

Virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkum isə dövlət başçısının humanist siyasətinin növbəti təzahürü olan əfv Sərəncamı ilə azadlığa buraxılmışdır.

Hazırda vəziyyət tam nəzarətdədir və narahatlığa əsas yoxdur. Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Həmçinin qeyd olunmalıdır ki, Ədliyyə nazirinin Əmri ilə təsdiq olunmuş COVİD-19 infeksiyasının qarşısının alınması üzrə sanitariya – epidemioloji Qaydalarına dönmədən əməl olunmasına ciddi nəzarət olunur, həmin Qaydalarının tələblərini pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər.



Sənəm Əliyeva dle
Entdecken Sie die coolsten Anime cosplay kostume Cosplay Kost?me, z.B final fantasy, Naruto, Bleach, Kingdom Hearts. Mehr Rabatt neon genesis evangelion cosplay kostume
batman cosplay kostume
deadpool cosplay kostume von Sexy Cosplay Kost?me und cosplay ...In unserem Onlineshop findet ihr mehr 2000 Cosplay Kost?me.Versand mit liebe und kostenlos! Expressversand M?glich! Retour M?glich!

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi