Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

25 Sen 08:51Olke

İlham Əliyev BMT-ni Ermənistan hakimiyyətini yeni hərbi təcavüzdən çəkindirməyə çağırdı

İlham Əliyev BMT-ni Ermənistan hakimiyyətini yeni hərbi təcavüzdən çəkindirməyə çağırdı
Ermənistanın hərbi-siyasi hakimiyyəti yeni təxribat və gərginliyin artmasına görə məsuliyyət daşıyacaq.

XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrdə videomüraciətlə çıxış edərkən bildirib.

“Təəssüf ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Danışıqlar konkret məsələlərin həllinə yönəlməlidir.

Minsk Qrupunun həmsədr dövlətləri bir neçə dəfə status-kvonun saxlanılmasını qəbuledilməz adlandırıblar. Biz bu bəyanatları dəstəkləyirik, lakin bizə real addımlar və nəticələr lazımdı”, - deyə dövlət başçısı bildirib.

“Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”, - deyə İlham Əliyev qeyd edib.

Prezident BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsinə, Azərbaycan torpaqlarının azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çağırıb.

Tovuz döyüşlərindən sonra Ermənistana 1000 ton silah-sursatın daşınmasına diqqət yetirən İ.Əliyev bildirib ki, digər ölkələr rəsmi İrəvana silah göndərməyi dayandırmalıdır.

O qeyd edib ki, dünyanın ən kasıb ölkələrindən biri olduğunu nəzərə alaraq, Ermənistan silahı pulla deyil, havayı əldə edir.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: