Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

21 Sen 16:09Olke

NƏRİMANOV RAYONUNDA KÜÇƏ TİCARƏTLƏRİ, HƏTTA POLİS SAHƏ MƏNTƏQƏSİNİN ÖNÜNDƏ!!!

Respublikaxəbər.az saytı xəbər verir ki, Bakı şəhəri Nərimanov rayonunda küçə ticarətləri baş alıb getməkdədir. Belə ki, 19 sentyabr 2020-ci il tarixdə Respublikaxəbər.az saytının təsisçi və baş direktoru Elyaz Gülüyev Nərimanov rayonunda olduğu zaman rayonun Xanşuniski küçəsində üç yerdə küçə ticarətlərinin yerləşdiyini görüb. Bu barədə Elyaz Gülüyev polis sahə inspektoru Şahin Dadaşovun mobil nömrəsi ilə əlaqə saxlamış və ərazidə qanunsuz küçə ticarətlərinin yerləşdiyini deyərək həmin küçə ticarətlərinin yığışdırılmasının təmin edilməsini xahiş edib. Əlavə olaraq da Elyaz Gülüyev DİN-nin 102 saylı qaynarxətt xidmətinə zəng edərək məlumat verib. Onu da qeyd etmək istəyirik ki, yerləşdirdiyimiz video materialda göründüyü kimi burada ən kobud neqativ hal odur ki, küçə ticarətlərindən biri də Nərimanov PPİ-nin 16-cı PB-nin sahə məntəqəsinin önündə yerləşərək qazel markalı avtomobildə alma və digər meyvələrin satılmasıdır. Həmin neqativ hal (qanunsuz küçə ticarətlərinin yerləşməsi) ilə bağlı redaksiyamız tərəfindən aidiyyatı qurumlara rəsmi məlumat məktubu göndərilmişdir. Videomaterialları təqdim edirik.




Sənəm Əliyeva Respublikaxəbər.az dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: