Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

19 Sen 21:12Olke

Sosial Xidmətlər Agentliyinə sədr müavini təyin olunub

Sosial Xidmətlər Agentliyinə sədr müavini təyin olunub




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni kadr təyinatı olub.

“Report”a istinadən Respublikaxəbər.az-ın əldə etdiyi məlumata görə, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinə müavin təyin olunub.

Bu vəzifəyə Faiq Bahadur oğlu Ağayev təyinat alıb.

Qeyd edək ki, F.Ağayev 1986-cı ilin noyabrın 12-də anadan olub. O, bu təyinata qədər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda 2017-ci ildən Bakı Dövlət Universitetinin “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrasının müəllimidir.

F.Ağayev 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin, İnformatika ixtisasında təhsil alıb, bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra həmin ixtisas üzrə magistr təhsili alıb. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetində əlavə təhsil olaraq hüquqşünaslıq ixtisasına yiyələnib, 2013-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi fakültəsində, “Beynəlxalq biznes üzrə” ixtisası MBA magistr dərəcəsi alıb. 2013-cü ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda dissertantdır.

Dövlət qulluğunun baş müşaviri olan F.Ağayev insan hüquqlarına dair 21 elmi məqalənin müəllifidir.

O, Prezident İlham Əliyevin 23 dekabr 2016-cı il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.




Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: