Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

11 Sen 16:31Olke

JURNALİST ELYAZ GÜLÜYEV HAKİMİ SUALI İLƏ SUSDURDU, HAKİM CAVAB TAPMADIĞINDAN HİRSLƏNİB İDDİANI TƏMİN ETMƏDİ!

JURNALİST ELYAZ GÜLÜYEV HAKİMİ SUALI İLƏ SUSDURDU, HAKİM CAVAB TAPMADIĞINDAN HİRSLƏNİB İDDİANI TƏMİN ETMƏDİ!
JURNALİST ELYAZ GÜLÜYEV HAKİMİ SUALI İLƏ SUSDURDU, HAKİM CAVAB TAPMADIĞINDAN HİRSLƏNİB İDDİANI TƏMİN ETMƏDİ!
Respublikaxəbər.az xəbər verir ki, 10 sentyabr 2020-ci il tarixdə Respublikaxəbər.az saytının təsisçi və baş direktoru Gülüyev Elyaz Ağasəf oğlu Nəsimi rayon məhkəməsnin hakimini sualı ilə susdurub, yəni hakim suala cavab verə bilməyib.
Belə ki, Elyaz Gülüyev bildirir ki, 25 fevral 2019-cu il tarixdə Nəsimi rayon ərazisində O, həyat yoldaşı ilə birlikdə evinə gedərkən saat 00:45 radələrində Nəsimi Rayon İlqar İsmayılov küçəsində 3 nəfər naməlum şəxslər tərəfindən döyülərək soyğunçuluğa məruz qalmışdır. Bununla bağlı ilkin təhqiqat araşdırması Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı polis mayoru İldırım Salahovun icraatında olmuşdur. (İldırım Salahov hazırda Səbail RPİ-nin 8-ci PB-də Baş təhqiqatçı vəzifəsində işləyir) İldırım Salahovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız hesab edilərək Nəsimi rayon Prokuroru tərəfindən ləğv edilərək yenidən həmin bölmənin baş təhqiqatçısı Elnur Həsənova həvalə edilir, Elnur Həsənovun da cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız hesab edilərək Nəsimi rayon Prokuroru tərəfindən ləğv edilərək yenidən Nəsimi RPİ-nin İB-nin müstəntiqi Nizami Omarova Həvalə edilir. Nizami Omarov da ilkin təhqiqatçılar kimi eyni məzmunlu qərar qəbul etməsinə baxmayaraq, Nizami Omarovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı Nəsimi rayon Prokuroru qanunu və əsaslı hesab edir. Bundan sonra Elyaz Gülüyev bu özbaşınalıqlarla bağlı bütün qurumlara müraciət edərək qanunsuzluğu sübut edir, Ona görə də Nizami Omarovun qəbul etdiyi qərar Bakı şəhər Prokurorluğu tərəfindən qanunsuz və əsassız hesab edərək ləğv edib, yenidən Nəsimi rayon Prokuroruna qaytarır, Nəsimi rayon Prokuroru da yenə həmin materialı obyektiv araşdırması üçün Nizami Omarova həvalə edib. Nizami Omarov da heçnə etmədən əvvəlki kimi eyni məzmunlu qərar qəbul edib. Bu arada Elyaz Gülüyev Nizami Omarovun qərarını oxuduğu zaman 8 səhifəlik qərarında 105 yerdə qramatik səhvi və bir yalanı görüb qəzəblənib. Belə ki, 105 yerdə qramatik səhvə yol verdiyi qərar Elyaz Gülüyevdə fakt kimi saxlanılır, bir yalan da odur ki, Nizami Omarov yazır ki, Elyaz Gülüyevin iştirakı ilə hadisə yerinə baxış keçirilib, hadisə yerində fotoşəkilləri çəkilərək işə əlavə olunmuşdur. Bəli yalan da bu. Nizami Omarovun topladığı materialda Elyaz Gülüyevin iştirakı ilə hadisə yerinə baxış keçirilməmiş və fotoşəkillər çəkilməmişdir. Elyaz Gülüyev də onu qeyd edir ki, Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahovun iddianı təmin etməməsinin səbəbini belə izah edir ki, Əvvəla onsuz da onu döyərək soyğunçuluq edən şəxslər Nəsimi rayonunun sabiq Prokuroru Salman Məmmədlinin adamı idi. Ona görə də Nə təhqiqat, nə də ki, müstəntiq, nə də ki, məhkəmə tibbi ekspertiziya düzgün qərar vermədi. Nəsimi Rayonunun sabiq Prokuroru onlara təzyiq göstərdiyi üçün onlar ədalətli qərar qəbul edə bilməyiblər. Bu gün də Nəsimi rayon eyni rayon olduğu üçün yenə də Salman Məmmədlinin tərəfi saxlanılır. Bundan əlavə də Elyaz Gülüyevin bu iddiası ilə bağlı ilkin hazırlıq məhkəməsi 31 avqust 2020-ci il tarixdə saat 16:00 da 4-cü zalda Babək Pənahovun sədrliyi ilə keçirilməsi bildirilsə də Babək Pənahov həmin gün məhkəməyə 30 dəqiqə gecikməsinə görə Elyaz ona əvvəlcə iradını bildirib, və daha sonra Ədliyyə nazirinə şikayət ünvanlayaraq növbəti məhkəmədə hakimin dəyişdirilməsini xahiş etmişdir. Amma növbəti məhkəmə yenə 10 sentyabr 2020-ci il tarixdə saat 16:30 radəsində 4-cü zalda Babək Pənahovun sədrliyi ilə keçiriləcəyi barədə məlumat verilir. Lakin yenə də bu səfər Elyaz Gülüyev 4-cü zalda saat 17:10 a qədər gözlədikdən sonra Hakim Babək Pənahovu görür, Hakim Babək Pənahov Elyaz Gülüyevə bəzi yersiz suallar versə də Elyaz Gülüyev yerli cavablar verib, nəticədə Elyaz Gülüyev Hakimə sual verib ki, hadisə yerinin fotoşəkilləri işə əlavə olunduğu qeyd olunsa da işin içərisində yoxdur. həmin şəkilləri mənə göstərə bilərsizmi? Hakim suala cavab tapmayaraq 2 dəqiqə 15 saniyə müddətində müşavirəyə gedib, qayıdıb gəlib deyir ki, iddia təmin olunmasın. Ona görə də Elyaz Gülüyev Hakim Babək Pənahovun bu cür qanunsuz hərəkətlərindən AR-nın Prezidenti cənab İlham Əliyev başda olmaqla, AR-nın Ədliyyə naziri, Məhkəmə Hüquq şurasın sədri cənab Fikrət Məmmədova məktub ünvanlayıb. Elyaz Gülüyevin iddiası odur ki, ilkin təhqiqatçı İldırım Salahov mühüm əhəmiyyət kəsb edən kamera görüntüsünü niyə 10 gün təhqiqat müddətində götürməyib? və müstəntiq Nizami Omarovun qanunsuz yalan qərarından şikayətçidir. Əlavə olaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət hazırlanır.
Qarşı tərəfi dinləməyə hazırıq.

Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: